Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsulin dirəncinin 5 əlaməti – Endokrinoloqdan

  • 2023.12.27 19:37
  • 2587 Baxış
İnsulin dirəncinin  5 əlaməti  – Endokrinoloqdan


İnsulin dirənci ayrıca xəstəlik deyil, amma xroniki xəstəliklərin başlanğıcıdır.


“Medicina” xəbər verir ki, endokrinoloq Anna Maşkova kimlərdə insulin dirənci olduğunu açıqlayıb.

“İnsulinrezisdentlik – toxuma, orqan hüceyrələrinin insulinə yetəri qədər cavab verməməsi, yəni onu hiss etməməsidir. Baxmayaraq ki, qanda onun konsentrasiyası kifayət qədərdir.


İnsulin dirəncinin əsas faktoru – karbohidrat mübadiləsinin pozulmasıdır. Hazırda təzyiq, diabet xəstəliyinin əsas səbəblərindən biri insulin dirəncidir.

58% təzyiq xəstələrində insulin dirənci var.


Kimlərdə yaranır?

- Ailə, nəsil, genetik anamnez – qan qohumlarında diabet və təzyiq varsa
- Hamiləlik diabeti

- Çox miqdarda karbohidrat, şəkər, nişasta, fruktoza qəbul edənlərdə
- Zəif fiziki aktivlik, oturaq həyat

- 45 yaşdan yuxarı yaş
- Artıq bədən çəkisi

İnsulin dirəncinin 6 əlaməti:

- Dəridə qara akantoz, papiloma, dirsəklərdə qaralma, geyim yerlərinin dərini sürtməsi, kapilyar hemangiomalar, başda qaşınma, seboreya

- Visserial – qarın, bel piylənməsi. Ölçünün 90 sm-i keçməsi
- Ağızda quruluq, susuzluq, tərləmə hissi

- Menstruasiya pozulması, polikistoz

- Təzyiqin artması – 130-u keçməsi

- Damarlarda daralma, xolesterol, triqiliseridlərin artması

İnsulin dirəncini endokrinoloq müəyyən edir”.

Aygün Musayeva