Şəkər xəstələri üçün təhlükə: şəkərsizlik
Hipoqlikemiya nədir?
Bu sindrom həm sağlam, həm şəkərli diabet xəstələrində qəfildən yarana bilər.
Qanda şəkərin səviyyəsi minimuma, hətta 2 faizə enir.
Medicina.az bunun əsas səbəblərindən bir neçəsini təqdim edir:
- Yemək arasında uzun fasilə, pəhriz, az yemək
- Orqanizmin zülal ehtiyatının tükənməsi
- Gərgin fiziki yük, fasiləsiz idman
- Şirniyyat qəbulu – şirin ərzaqları yedikdən sonra qanda qlükozanın faizi artır.
Amma bunun ardıyca sürətlə də enmə başlayır.
Bu vəziyyət orqanizm üçün şəkərin qalxmasından da təhlükəlidir. Enerjisiz qalan orqanlar və baş beyin sıradan çıxır, beyin sönür və sonda insan komaya düşür.
Xüsusən şəkərli xəstələr şəkəri salan dərmanlar və insulin qəbuluna aludə olub, günlərin bir günü şəkər azlığından kəskin patologiyaya düşürlər. Ona görə şəkər xəstələrinin əli altında qlükometr aparatı olmalı və 2 gündən bir səhərlər qanda şəkər ölçülməlidir. Bu xəstələrin yanında qənd, şərbət, şirin konfetlər mütləq olmalıdır.
Əlamətlər:
-Qıcolma, titrəmə;
-Epilepsiyaya bənzər tutmalar;
-Sərxoş adamlar kimi rabitəsiz nitq;
-Dağınıq fikir;
-Əzələ ayaq əl tutulması, yeriyə bilməmək;
-Huşun itməsi;
-Kəskin tərləmə, su itirmə;
-İnsult
Əgər vaxtında tibbi yardım göstərilməzsə, xəstə komaya düşür və hətta ölüm baş verə bilər.
Qarşısını almaq üçün sərf olunan enerji ilə qəbul olunan zülal, karbohidrat, qlükoza faizini düzgün təyin etməli, insulin dozasını həkim nəzarəti ilə seçməli, özbaşına şəkəri salan addımlar atılmamalıdır. Qidalanma rejiminə düzgün əməl etməlidir. Orqanizmdə qlükozanı hissə-hissə zamanla qaldıran qidalar seçməlidirlər. Yaxşı olar ki, az-az, gündə 5-6 dəfə qida qəbul etsinlər.
Əgər bu sindromun əlamətləri kəskin və qəfil büruzə verərsə, xəstənin təzyiqi, şəkəri ölçülüb, sakit uzatmalı, şərbət, şirin çay, ballı su içirtmək, qlükoza vurmaq və təcili yardım çağırmaq lazımdır.
Aygün Musayeva
Medicina.az