Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanlığı “ağ ölüm” gözləyir

  • 2023.11.18 20:09
  • 1640 Baxış
İnsanlığı “ağ ölüm” gözləyir

Amerika və Britaniya alimləri böyük masştablı tədqiqatda insanlığın ağ ölümdən öldüyünü sübut edib.

“Medicina” xəbər verir ki, hazırda insanlar həddən artıq çox süfrə, xörək duzu istifadə edir.
ÜST normasına görə sutkada 5 qr keçilməməlidir.

Amma əksəriyyət 10 qramı keçib.


“Medicina” xəbər verir ki, məhz duz səbəbindən ürək-damar, böyrək, təzyiq problemləri çoxalır.
Tədqiqatın müəllifi Dairuş Mozafferina bildirib ki, bu qlobal təhlükəni dövlət səviyyəsində həll etmək lazımdır.

Qida sənayesi müəssisələri, özəl istehsalçılara duzu azaltmaq izah edilməli və bəzi qadağalar olmalıdır.

Bu yolla məsələn, Finlandiyada duzun istifadəsi 3 dəfəyə qədər azaldılıb.

Buna görə də 2010-cu ildən sonra bu ölkədə ürək-damar xəstəliklərindən ölüm xeyli azalıb.

187 ölkənin təhlili göstərib ki, 181 ölkədə əhali günbdəlik fizioloji normanı 2 dəfə aşır.

Ən çox Yaxın, Uzaq Şərq, Asiyada gündəlik norma 10 qramdan artıqdır.

Kişilər qadınlardan daha çox duz istifadə edir.

Hətta müasir uşaqlar böyük normasını qəbul edir.


Aygün Musayeva