Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanların immunitetini çökdürən antibiotiklərdir- Həkim

  • 2020.05.04 15:10
  • 2274 Baxış
İnsanların immunitetini çökdürən antibiotiklərdir - Həkim

Müasir insanların immunitetində zəiflik antibiotiklərin nəzarətsiz və uzun müddət, özbaşına istifadəsi ilə əlaqədar ola bilər.

Medicina.az xəbər verir ki, rusiyalı allerqoloq-immunoloq Marina Apletayeva belə hesab edir.

Həkim qeyd edir ki, son dövrlər insanlarda orqanizmin immun balansı pozulub. Xüsusən yeniyetmələr və gənclər tez-tez xəstələnməyə başlayıb, infeksion xəstəlikləri uzun müddət və ağır keçirirlər. Yeni viruslar meydana gələndə isə bədən onların öhdəsindən gələ bilmir.

Mütəxəssis əmindir ki, immun sistemini zəiflədən əsas amil antibiotiklərin qəbuludur.

A.Apletayeva xatırladır ki, antibiotiklər virusları məhv etmir və bu vasitədən, sadəcə, virusla bağlı xəstəliyin ağırlaşması halında bakterial infeksiyaları müalicə etmək üçün istifadə olunur.