Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanların evə qapadılması immuniteti çökdürəcək – Həkimlər

  • 2020.04.03 11:53
  • 3512 Baxış
İnsanların evə qapadılması immuniteti çökdürəcək  – Həkimlər

Karantin dövründə insanların sutkalarla evə qapadılması immunitet üçün zərərlidir. Günlərlə otaq havasında olan orqanizm, evdə hərəkətsiz qalmaqdan qan dövranı zəifləyən bədən küçəyə çıxdıqda soyuq və virus, bakteriyalara qarşı daha həssaslaşır.

Medicina.az xəbər verir ki, bunu rusiyalı həkimlər bildirib. Fizioterapevtlər ürək və ağciyər xəstələrinin, yaşlı insanların və uşaqların evdə qalmasının onların immun sistemində 1 aylıq yox, uzun müddət neqativ iz qoyacağını bildirir.

“Evdə yemək yeyib,çay içib, divanda oturmaqla günü keçən istər sağlam, istər xəstə insanın normal qan dövranından söhbət gedə bilməz. Durğunlaşmış qan dövranı tromb yaradır, ağciyərə, ayaqlara, ürəyə, beyinə normal qan işləmir. Qan isə orqanizmdə olan virus, bakteriya, mikrobları zərərsizləşdirmək üçün vacibdir.

İnsanlara məsləhət görərdik ki, gecə də olsa gəzmək üçün icazə alıb 2 saat açıq havada iti addımlarla yürüş etsinlər. Evdə isə gimnastika videolarına baxaraq, məşğələlər etsinlər. Balkonda çıxıb hər 2 saatdan bir 15 dəqiqə hava alıb, göz gimnastikası etsinlər. Gün ərzində ağır yeməklər yeyib uzanmasınlar.

TV-ə az baxsınlar. Dərindən nəfəs alıb vermə hərəkəti etsinlər. Masaj olunsunlar. Balkonda kürəyinizi və belinizi günəşə verin. Gündə bir dəfə kontast su altında çimin, bədəninizi ovxalayın. Az, lakin sağlam yeyin. Qocaları və uşaqları gündə 1 dəfə1 saat gəzdirin”