Bizim əcdadlarımız daha universal idilər, hətta neandertal insanın beyni belə, hansı ki, 40 min il əvvəl mövcud olublar, müasir insanın beynindən iri idi. Bu fikri Lomonosov adına universitetin dosenti Stanislav Drobişevskiy bildirib.
Medicina.az xəbər verir ki, hələ 1980-ci ildən alimlər beyində gedən evalyusiyanı izləyir və beyində gedən kiçilmənin 25 000 il əvvəl başladığını bildirirlər.
Belə ki, sonuncu neandertalların beyni 1500 kub sm.idisə, XXI əsr insanın beyni kişilərdə 1425, qadınlarda 1350 kub sm olub.
Alimlər insan beyninin ölçüsünün böyüklüyünün onun ağıl və dərrakəsinin masştabına təsir etdiyini bilir. Bəs onda belə alınır ki, qədim əcdadlarımız bizdən daha ağıllı idi?
Faktlar göstərir ki, qədim insanın yaşadığı mühit, şərait onun beynində daha çox yeniliklər etməsini, daha çox məlumatın yadda saxlamasını tələb olunurdu.
Müasir insan isə yemək, geyim, informasiya və s. hazır əldə edir. İndiki gənclər isə əllərində telefon heç çətinlik çəkmədən lazımi informasiyanı tapır.
Əgər indi bir gəncdən bir iki taxtadan mebel yığ tələb etsək, o heç nə bacarmayacaq. İndiki nəsil əcdadlarına nisbətən beyni ilə az işləyir, ona görə 25.000 ildir başlayan beyin kiçilmə prosesi davam edəcək.
Beyin çox enerji sərf edən orqandır. O bədəndə 2% yer tutur, amma 25% enerji tələb edir.
Qədim insanların bədəni də güclü və iri idi. Bu bədən beynin enerji tələbatını ödəyə bilirdi. Amma sonradan torpağa bağlanan, oturaq həyata keçən Hopo Sapiensin bədən və əzələ kütləsi də azalmağa doğru getdi. Bütün bunlar təbii prosesdir və labüddür.
Elə indi də köçəri həyat sürən xalqların beyni avropa şəhərində yaşayan insanın beynindən az da olsa böyükdür. Bunlara monqollar, buryatlar, qazaxlar aiddir.