Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanları sağaltmaq üçün telefonlardan istifadə olunacaq

  • 2017.08.19 10:49
  • 11759 Baxış
İnsanları sağaltmaq üçün telefonlardan istifadə olunacaq
ABŞ-ın Dartmut Kollecinin əməkdaşları yaşlı insanlarda psixi pozğunluq və digər xroniki xəstəliklərin gedişatına müstəqil nəzarət etməyə kömək edən yeni proqram yaradıblar.


Axar.az xəbər verir ki, müəyyən vaxt ərzində (təxminən üç ay) xəstələr stressə dayanıqlıq, müalicəyə sadiqlik və psixoaktiv maddələrdən istifadə kimi mövzulara dair konsultasiyalar alacaqlar. Həkimlər proqram vasitəsilə pasiyentləri məsafədən izləyə və problem yarandıqda müdaxilə edə biləcəklər.


Tədqiqatda ciddi psixi pozğunluq və digər xroniki xəstəliklərdən əziyyət çəkən 10 pasiyent iştirak edib. İştirakçılar proqramı sadə və rahat hesab ediblər. Hətta müasir texnikanı anlamayan insanlar yeni proqramdan asanlıqla istifadə edə biliblər.