Azərbaycanda kök hüceyrənin düzgün tətbiqi yalnız bizim mərkəzdədir
Alqoloq-ağrı və kök hüceyrə mütəxəssisi Vüsal Eyvazov bir müddətdir ki, yaratdığı Ağrı Mərkəzində bir çox uğurlu müalicələrə imza atıb.
Alqoloq V.Eyvazov ölkəmizdə çox az həkimin bacardığı kök hüceyrə köçürülməsi üzrə ən yaxşı mütəxəssisdir.
Medicina.az həkimlə ağrılar və kök hüceyrə mövzusunda söhbətləşib.
- Doktor, necə oldu ki, uzun illərin peşəkar anestezioloqu birdən-birə istiqamətini dəyişərək, alqoloq olmağa qərar verdi?
- Çox doğru sualdır. Mən Sankt-Peterburqdan Bakıya artıq anesteziologiya üzrə tibb elmləri namizədi kimi qayıtdım və 10 il müddətində Azərbaycanda özümü anestezioloq kimi tanıtdım. Məşhur bir klinikanın uzun illərdir anesteziologiya şöbəsinin müdiriyəm.
Anestezioloq kimi cərrahlar və pasiyentlər arasında ad qazandım, amma hər işin, sahənin də son həddi var. Anesteziologiyada qoyulmuş qaydalar, qanunlar müəyyən həddə qədərdir. Burada bəzən yeniliklərlə özünü və insanları təəccübləndirmək olmur.
Bundan əlavə, bu illər ərzində müşahidə etdim ki, çox sayda insan səbəbsiz ağrılardan əziyyət çəkir, düzgün müalicə almır, illərlə dərman qəbul edib, heç bir nəticə görmürlər.
Öz doğmalarımda da, yaxınlarımda da, xəstələrimizdə də belə hallarla çox rastlaşırdım. Açığı, bir həkim kimi bəzən xəstələrə necə kömək edəcəyimizi bilmirdik və bu, bizi üzürdü.
Oynaq, bel, onurğa, əzələ ağrılarına miozit ağrıları deyib, insanları bununla barışmağa məcbur edirdilər.
Hər baş ağrısını müalicə edə bilmirdilər deyə, miqren adı qoyurdular, insanlar bununla ömür boyu barışmaq məcburiyyətində qalırdı.
Bəzən birinin üzü, çənəsi ağrıyırdı, bütün dişlərini çəkdirirdi, amma yenə də ağrısı səngimirdi.
İndi onkoloji xəstəliklər çoxalır, xərçəng xəstələri daha şiddətli ağrılardan əziyyət çəkir. Ağrını heç cür susdurmaq olmur. İnsanlarımız morfi kimi ağır iynələrdən asılı qalırlar.
Getdiyim ölkələrdə maraqlandım ki, ağrılarla məşğul olan xüsusi sahə və mütəxəssislər var. Bu sahənin çox fərqli olması məni cəlb etdi.
Bütün yuxarıda sadaladığım ağrılardan əziyyət çəkən insanlarımıza mütəxəssis kimi kömək edə biləcəyimi anladım və qərarımı verdim. İzmirdə Ege Universitetində alqologiya üzrə bilim dalı üst ixtisası aldım.
Türkiyədə, Avropada xüsusi ağrı mərkəzləri gördüm və “niyə Bakıda da olmasın” deyə, düşündüm. Beləcə, ölkəmizdə də Ağrı Mərkəzini qurmağa nail oldum. İndi xəstələr məhz Ağrı Mərkəzinə gəlir, alqoloq nədir, bilirlər.
Ağrı Mərkəzinə müraciət edərək insanlar tam ağrısız, ən pis halda şiddətli deyil, dözülə biləcək qədər ağrılarla həyatlarına və işlərinə davam edirlər.
- Anestezioloq olmağınız da bu peşədə uğur qazanmağınıza təsir edir. Çünki anestezioloqlar epidural anesteziya edərkən sinirlərlə işləyirlər.
- Bəli, dünyada da hazırda alqoloq olan həkimlər daha çox anesteziloqlardır.
Ümumilikdə isə bu sahə ilə məşğul olmaq üçün nevroloq, fizioterapevt və anestezioloqlara icazə verilir. Biz manipulyasiya işlərini çox rahatlıqla aparırıq, əlimiz onurğa, sinirlərlə, naqilli anesteziologiya ilə çox məşğul olduğundan qısa bir kursla ixtisaslaşırıq.
Alqologiyada səhv bağışlanılmır, çünki bu çox incə iynələrlə sinirlərə birbaşa müdaxilədir.
Məsələn, “stellat qanqlion bloku” dediyimiz prosedurda xəstənin boynundan onurğa səviyyəsinə ön tərəfdən düşürük. Bu qollarda, yuxarı ətraflarda olan dözülməz ağrılarda, əl tərləmələrində icra edilir. Təsəvvür edin, bu blokadanın giriş hissəsinin bir tərəfi yuxu arteriyası, arxa tərəfində vertebral arteriya, bir tərəfdə traxeya, qırtlaq siniri var. İynəni yerinə elə yerləşdirməlisən ki, damar və sinirlərə toxunmamalıdır. İstənilən yanlış hərəkət xəstəni ömürlük əlil edə bilər.
Bütün prosedurlar bəzən USM altında, onurğada əməliyyatlar isə rentgen altında icra olunmalıdır.
Bu prosedurlar mütləq əməliyyatxana şəraitində icra edilməlidir. Hansısa kabinetdə, həkim otağında icra edilə bilməz. Hər düşüləcək nöqtə kontrastla təsdiqlənməlidir.
Həqiqətənmi lazım olan yerdir, ya yox. Bəzən də siniri yandırmadan öncə stimulyasiya edirik ki, düzgün sinirdə olduğumuzu dəqiq bilək. Bunu təsdiq etmədən, həkimin ixtiyarı yoxdur ki, siniri blok etsin və ya yandırsın.
- İnsanların ağrılarla mübarizəsini bir çoxları fürsət bilir. Bəziləri sırf qazanc məqsədi ilə “mən də bununla məşğul olum” deyə, xəstələri qəbul edir, kabinetlərdə iynə vururlar. İndi çox həkim kök hüceyrə ilə məşğul olmaq istəyir. Bəzən bu həkimlər daha ucuz qiymət deyərək, xəstələri cəlb edə də bilirlər. Olubmu ki, öncə başqa mütəxəssis və ya nevroloqun səhvindən daha da vəziyyəti ağırlaşmış xəstələr gəlsin. Belə hallarla rastlaşırsızmı?
- Bəli, olur. İndi xəstəliyin gedişini, patofiziologiyasını, anatomiyasını bilmədən, prosedurlara əl atmaq istəyənlər çoxalıb. O qədər yanlış diaqnozlar, yanlış prosedurlar olunur ki, nəticəsini düzəltmək çox çətinləşir.
Mən insanları maarifləndirməyə də vaxt ayırıram, bundan yorulmuram. Həmişə çalışıram ki, aldanmasınlar. Demirəm ki, durun mənim yanıma gəlin, başqa yerə getməyin. İstədiyim odur ki, həkimin kimliyindən asılı olmayaraq, bu sahənin peşəkarının yanına getsinlər.
Miopatiya sindromlarında bel ağrısı, ürək arxası ağrılara görə ürək həkimi, ağciyər həkimlərinə gedirlər. Oynaqlardan müalicə alırlar, dəfələrlə MRT, KT çəkdirən xəstələr var. Bu insanların aylardır həkimlərdə vaxtı, pulu gedir. Baxıram çox yanlış, mənasız müayinələr, müalicələr edilib.
Elə bu gün gələn bir xanım xəstəmiz kimi. Ağrılar səbəbindən Türkiyəyə kimi gedib, onurğasını yarıblar, sümüklər üzərindəki osteofitləri çıxarıblar. Onurğasını görəndə dəhşətə gəlməmək mümkün deyil. Onurğa boylama 40 sm-lik kəsilib, xəstə yenə onurğa, bel ağrıları ilə başqa həkimə müraciət edib. Nədən o əməliyyatı etdirib? İnanın, əvvəldən bizə gəlsəydi, əməliyyata ehtiyac olmayacaqdı. Ağrının mənbəyini düzgün diaqnozla tapıb, radiofrekansla o ağrını susdurmaq birmənalı olaraq məsələnin həlli idi.
- Kök hüceyrə hazırda dünyada və Türkiyədə sınaq mərhələsindədir, yəni az sayda həkim bu işlə məşğul olur və hər həkimdə də uğurlu alınmır. Sizdə kök hüceyrə nəqli hansı xəstəliklərdə uğurlu alınır və nə kimi özəlliyi var?
- Kök hüceyrənin mənbəyi üçdür: sümük iliyi, yenidoğulmuş körpələrdə göbək ciyəsi – həmin an yığılıb saxlanmalıdır və üçüncüsü, dərialtı piy toxumasıdır. Kök hüceyrə bir çox nahiyələrdə var. Amma son zamanlar kəşf olundu ki, böyük yaş insanlarda kök hüceyrənin ən çox olduğu nahiyə qarındakı piy toxumasıdır.
Müxtəlif ağrı, oynaq hərəkət problemlərində məhz piy toxumasından alınan kök hüceyrədən istifadə olunur.
Həm asan üsulla yığılır, həm də çox miqdarda alınır.
Burada keyfiyyət məsələsi var. Bunun üçün də düzgün laborator filtrlərdən istifadə olunmalıdır. Biz bunu birbaşa əməliyyatxanada edirik, aldığımız piy kənara çıxıb yenidən bizə qayıtmır.
Dünya Səhiyyə Təşkilatının icazə verdiyi məhz bu metoddur. Bu üzrə uzmanlar da bildirir ki, kök hüceyrə əməliyyatxanadan kənara çıxmamalıdır: həm sterillik, həm də vaxt baxımından. Kök hüceyrəyə enzimlər qatılır, əgər o uzun yol gələrsə, istədiyimiz nəticə alınmaz.
Bəzən eşidirik ki, pasiyentdən piyi alırlar, göndərirlər başqa laboratoriyaya, xəstə də 2 saat gözləyir. O vurduqları da əgər kök hüceyrədirsə, yeni hüceyrələr yaratma qabiliyyəti dəfələrlə az olur. Ona görə etdikləri köçürmənin effekti olmur. Ola bilər, yüngül artrozlarda yüngül effekt alıb, elə bilirlər, hamıda eyni effekt olacaq. Amma elə deyil.
Mən heç bir qatqısız, təmiz şəkildə, sadəcə piy toxumasından kök hüceyrəni ayırıram, dərhal da rentgen altında köçürürük, effektimiz də ona görə yüksək faizlə alınır.
- Kök hüceyrənin qiymətini də fərqləndirirlər. Kök hüceyrə çox ucuz başa gələrmi?
- Bizim mərkəzdə olan qiymət Türkiyədən 2-3 dəfə ucuzdur, o öz yerində. Amma bizim xəstəxanada təyin olunan qiymətdən aşağı Azərbaycanda mümkün deyil.
Çünki piydən kök hüceyrəni ayıran bahalı filtrlər xüsusi olaraq İtaliyadan gətirilir, hər xəstə üçün bir filtr ayrılır. Bir filtri ikinci bir xəstədə istifadə şansımız yoxdur. Ola bilər, kimsə filtləri bir yox, 2-3 xəstədə istifadə edir, bu düzgün deyil. İşin ən bahalı hissəsi də budur. Yoxsa qiymət həkimin qiyməti deyil.
Necə ola bilər ki, filtrin qiyməti baha, amma kök hüceyrənin qiyməti ucuz olsun?
33 yaşlı gənc kişinin bud oynağı çürüyürdü
- Kök hüceyrə ilə müalicə etdiyiniz ən uğurlu, şokedici xəstəniz kim olub?
- Ən yaddaqalan 33 yaşlı kişi xəstə idi. Hər iki bud oynağının baş hissəsinin nekrozu ilə müraciət etdi. Artıq oynaq sümüyü, belə deyək, çürüyürdü. Heç bir ciddi səbəb yox idi. Amma fakt ortada idi.
Çox gərgin, təşvişli vəziyyət yaranmışdı, ona təcili əməliyyat olunub, oynaq implantı qoyulmalıydı, çünki oynaq hər an qırıla bilərdi.
Biz o xəstəyə kök hüceyrə etdik, 5-ci aydan bərpa olmağa başladı. Özü rahat gəldi, müayinə etdik. İndi ağrıları yoxdur, aktiv hərəkətlər edir.
8 ay tamamında oynaqların vəziyyətinə baxacağıq, çünki kök hüceyrə təsirini bəzən 1 ilə kimi göstərir.
Bu xəstəyə belə gənc yaşda oynaq implantı təyin edilmişdi və bir tərəfdən doğrusu da budur, əgər kök hüceyrə olmasa.
Kök hüceyrə ilə biz xəstələrə protezdən və ağır əməliyyatdan qurtulma şansı vermiş oluruq.
- Kök hüceyrə üçün yaş fərqi varmı?
- Xeyr, bizim prosedurlar üçün gənc, yaşlı, 80-90 yaş fərqi yoxdur. Ən gənc xəstəmiz 28 yaşındadır. Bud-çanaq oynağının çökməsi qırılma həddinə çatıb, ona kök hüceyrə köçürdük. Amma təbii ki, insan yaşlandıqca, ehtiyatında olan kök hüceyrə azalır, ona görə də insan qocalır. Bu təbii prosesdir. Kök hüceyrə həm də bizim cavanlıq mənbəyimiz hesab edilir.
Kök hüceyrə istənilən bir toxumaya çevrilə bilər. Biz daha çox birləşdirici toxumada maraqlıyıq. Bütün növ birləşdirici toxumaları bərpa edə bilər. Yaxın illərdə onurğa, boyun qırılmalarında da kök hüceyrə köçürülməsindən istifadə ediləcək. Bu baş versə, insanları yataq xəstəsi olmaqdan xilas etmək mümkün olacaq.
Oynaq qığırdağını bərpa edən, yeyilməsinin qarşısını alan və yeyilmiş hissəni
artıran dərman və müalicə isə yoxdur.
- Qəbulunuzda olan bir yaşlı xanımın bud oynaq başı çox yeyilmişdi və artıq əməliyyata təyin olunmuşdu. Xəstə isə əməliyyat istəmədi. Siz yenə də ona şans verdiniz. Belə çıxır ki, istənilən xəstəyə bud oynaq protezi deyilirsə, yaxşı olar ki, əvvəlcə kök hüceyrə sınasın, sonra əməliyyatı.
- Bəli, bizim dediyimiz də budur. Protezləşmə əməliyyatını hər zaman etdirmə şansı var və bu son mərhələdir, ordan geridönüş yoxdur. Protez peşəkar həkimin birinci əməliyyatı ilə uğurlu olarsa, xəstənin şansı var, birdən uğursuz olsa, xəstənin başqa müalicə şansı yoxdur. Məcburdur yenidən ağır, bahalı əməliyyatı bir də başqa həkimdə etsin.
Protez əməliyyatı olundusa, kök hüceyrə şansı da yoxdur, çünki təbii oynaq çıxarılır. Ona görə kök hüceyrə əməliyyatdan öncə ən gecikmiş mərhələdə də olsa, sınanmalıdır, şans verilməlidir. Yanıma 4-cü dərəcəli artrozlar belə gəlir ki, yataq xəstəsi olsam da, əməliyyata getməyəcəm, mənə bir şans verin, biz edirik.
Amma burda xəstənin marağı mənim üçün önəmlidir. Ola bilər 30% nəticə alarıq, xəstəni qane etməz, kök hüceyrəyə də maddi vəsaiti gedir, bunları öncədən deyirik. Yenə də qərar xəstənindir.
Gedəcək, bir müddət sonra yataq xəstəsi olacaq. Nədən ömrünü yataqda keçirsin, bəlkə kök hüceyrə az da olsa, oynağı qoruyacaq, insanın ayaqda qalmasına kömək edəcək.
Mənim təcrübəmdə belə möcüzələr çox olub. Ona görə, ən ağır dərəcədə belə xəstə istəyərsə, şans verməyə dəyər. Protez isə həmişə oluna bilər. Oynaq qığırdağını bərpa edən, yeyilməsinin qarşısını alan və yeyilmiş hissəni artıran dərman və müalicə isə yoxdur.
- Kök hüceyrə neçə dəfə olunur?
- Cəmi 1 dəfə olunur, dünya praktikası da deyir ki, kök hüceyrə bir dəfə bir oynağa olundusa, faydasını gördüsə, görəcək, görmədisə, təkrara nadir halda baxılır.
Kök hüceyrə bir mayedir, rəngi ilik rəngində, qanla piyin qarışıq rəngi, yəni qırmızımtıl olmalıdır. Bəzən həkimlər göstərir, şprisdə sarı maye, deyir, kök hüceyrədir, o kök hüceyrə deyil. İnşallah, bu yaxınlarda kök hüceyrənin kosmetoloji tətbiqi üçün kurslar təşkil edəcəyik.
Bu sahəni də formalaşdırıb, cavanlaşmaq istəyən hər kəsi kosmetoloji kök hüceyrə ilə gəncləşdirəcəyik. Yenə də xəstənin öz piy toxumasından kök hüceyrəni alıb üz, əllər və boyun nahiyədə kosmetoloji problemlərdə tətbiq edəcəyik. Qırışlarda, çapıqlarda, müxtəlif dəri problemlərində bir inqilab olacaq.
Bu gün Azərbaycanda həqiqi kök hüceyrə ilə kosmetoloji müalicəni mən etmirəmsə, deməli hələ heç kim etmir. Çünki həqiqi kök hüceyrəni alan mənəmsə, başqaları nə istifadə edir bilmirəm.
- Doktor, mialgiya, iflic, anadangəlmə serebral iflic xəstələri, ağır nevroloji yataq xəstələrini kök hüceyrə ilə xilas etmək mümkündürmü?
- Təəssüf ki, sinir xəstəliklərində kök hüceyrə dünyada hələ təsdiqini tapmayıb. Amma elm inkişaf edir, hər şey ola bilər.
HƏKİMLƏ ƏLAQƏ: 077 311 88 66
Baku Medikal Plaza, Babək filialı
Ağrı Müalicə Mərkəzi
Aygün M