Çindən Rusiyaya təhlükəli virus keçib.
Medicina.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor”) vətəndaşlara xəbərdarlıq edib. Xəbərdarlıq ECHO30 virusu ilə bağlı olub.
Məlumata görə, bvirus hava yolu ilə ötürülür və artıq bir gün ərzində ciddi meningitə səbəb olur.
Virusa, əsasən, immuniteti zəif olan insanlar və uşaqlar yoluxur. Rusiyanın altı regionunda 30 adam bu infeksiyaya yoluxub.
"Rospotrebnadzor” rəhbəri Anna Popova regionlara virus təhlükəsi barədə xəbərdarlıq göndərib.
Məlumat üçün bildirək ki, ECHO30 virusu 20 il öncə peyda olub. Bu virus ciddi meningitin yaranmasının əsas səbəblərindən biridir.