Dünyanı cənginə alan pandemiya səngimədikcə, insanların qorxu və narahatlığı birə-beş artır. Yoluxmaqdan ehtiyat etmək, psixoloji gərginlik, həyəcan, ölüm qorxusu, yuxusuzluq kimi problemlər durumu daha da ağırlaşdırır.
Bu vəziyyət yalnız panik atakdan əziyyət çəkənlərdə deyil, psixoloji narahatlığı olmayanlarda da müşahidə edilir.
Müşahidələr onu göstərir ki, dünyada ən çox ölüm məhz qorxu və stressdən baş verir. Üstəlik pandemiyadan yaxa qurtarmamaq əhali arasında ümidsizlik və stress yaradır.
Mütəxəssislərin fikrincə, hazırda insanları stress, ümidsizlik, qorxu, mənəvi sarsıntı və basqı altında saxlayan sözügedən infeksiyanın uzun illər davam edəcəyi haqda elmi məntiqə əsaslanmayan məlumatlardır.
Neqativ xəbərlərlə yüklənən cəmiyyət hər dəqiqəsini ölüm qorxusu ilə keçirir. Bu durum uşaqları daha çox əsirə çevirir.
Bu günlərdə Türkiyədə koronavirusa yoluxan 11 yaşlı uşağın infarktdan dünyasını dəyişməsini buna nümunə gətirə bilərik. Azərbaycanda da bir neçə dəfə analoji halla rastlaşmışıq desək yanılmarıq.
Tanınmış psixoloq, “HUMEL” psixologiya mərkəzinin rəhbəri Tariyel Faziloğlu Bizim.Media-ya açıqlamasında qorxu qədər ölümcül heç nəyin olmadığını deyib:
“Ümumdünya Səhiyyə Təşkilatı özünün də statistikasında göstərir ki, stressdən ölənlərin sayı, xəstəlikdən dünyasını dəyişənlərin sayından 7-9 dəfə çoxdur. Koronanın üzərindən bütün insanlara qorxu pombalandı. O qorxu insanları koronadan daha çox öldürdü. Maksimum dərəcədə qorxu hissini azaltmaq lazımdır. Bu hissi minimuma salmaq üçün ölkədə motivasiyaedici və rahatladıcı informasiya sisyasəti aparılmalıdır.
Bu gün ölkə olaraq bunu etmək məcburiyyətindəyik. Etməsək, həm iqtisadiyyat, həm sağlıq baxımından koronanın bizə vurduğu zərərin 10 qatı qədər ziyan görəcəyik”.
Psixoloq əlavə edib ki, pandemiyanın dünya əhalisinə, xüsusilə Azərbaycana ən böyük hədiyyəsi panik atak olub. Onun sözlərinə görə bu gün hər 3 şəxsdən birində ciddi surətdə panik-atak pozuntusu var:
“Bu məsələdə hər kəs məsuldur. Məsələn, dünyasını dəyişmiş vəkil Tahir müəllimin diaqnozunun pozitiv çıxması ilə ölməsi arasında çox az bir müddət oldu. Yaxud Elmir adında 31 yaşlı gənc və heç bir xəstəliyi olmayan bir insan qorxudan hər gün test verirdi.
Testi pozitiv çıxdığı gün ürəyi partlayıb öldü. Özü də adam Tibb universitetin məzunu idi. Bir şeyi çox yoxlasan, bədən və sinir sitemi ona reaksiya verir. Qorxu bu dərəcədə dəhşətli bir şeydi”, - deyə psixoloq qeyd edib. /saglamolun.az/