Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İnsanları işdən çıxarmaqla hədələyib vaksinasiyaya cəlb etmək yanlışdır" - Həkim

  • 2021.04.28 15:19
  • 2072 Baxış
"İnsanları işdən çıxarmaqla hədələyib vaksinasiyaya cəlb etmək yanlışdır" -  Həkim
"İsrail kütləvi vaksinasiyanın hesabına normal həyata qayıdıb... Hindistan isə sözün əsl mənasında yanır.... orada vəziyyət çox pisdir. Koronavirusa qarşı vaksinasiyanı davamlı təbliğ edən həkimlərdən biri də mənəm... çünki indi bu bəladan qurtulmağın (qorunmağın) ən optimal yolu vaksinasiyadır".

Medicina.az xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib.



Pediatr hesab edir ki, insanları iş yerindən çıxarmaq qorxusu ilə hədələyib vaksinasiyaya cəlb etmək yanlış yoldur:

"Sübut üçün İsrail təcrübəsini yuxarıda yazdım...

Amma bir məsələ var. Dövlət müəssisə və idarələrində insanları işdən çıxartmaqla hədələyirlər, şikayətlər çoxdur, xüsusən, təhsil sahəsində. Belə təbliğat olmur!

Vaksinasiya pambıq planı deyil ki, yuxarılara hamıdan tez hesabat verəsiniz. Vaksinasiya günü özünü xəstə hesab edənləri, müxtəlif problemlərdən ciddi müalicə alanları məcbur etməyin. Nəticə pis ola bilər. Vaxtı gələndə özləri gedib peyvənd vurduracaqlar".