Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanlara yerləşdirilən qurğularla bağlı ŞOK ARAŞDIRMA - Sınaqdan keçirilmir, 83 min insan bundan ölüb

  • 2019.01.15 14:19
  • 16737 Baxış
İnsanlara yerləşdirilən qurğularla bağlı ŞOK ARAŞDIRMA -  Sınaqdan keçirilmir, 83 min insan bundan ölüb

Dünyada bir çox xəstələr tibbi avadanlıqların düzgün işləməməsi səbəbindən sağlamlıqlarını və həyatlarını itiriblər.

 

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bunun səbəbi avadanlıqları test edərkən onların qüsurlarının üzə çıxarılmamasıdır.  


Süni ürək ritmi yaradan aparatlar, oynaq protezləri və süd vəzi implantları insanların sağlamlıqlarına ən çox zərər vuran tibbi qurğulardan hesab olunur.

 

Onların yaratdıqları problemlər səbəbindən xəstələr əlavə cərrahi əməliyyata məruz qalaraq, hətta həyatlarını itiriblər. 


Bildirilir ki, bir çox hallarda implantlar satışa çıxarılmazdan əvvəl insan üzərində heç bir təcrübədən keçirilməyiblər. 


Amerikada yerləşən Qida və Dərman Adminstrasiyası (Food and Drug Administration - FDA) 10 il ərzində apardığı araşdırma nəticəsində tibbi avadanlıqlardan 5.4 milyon arzu olunmayan nəticənin olduğunu üzə çıxarıb. Onlardan 83 000 faktın ölümlə, 500 000 faktın isə tibbi qurğunun xəstədən kənarlaşdırılması ilə nəticələndiyi məlum olub. 


Bu məlumatlar üzə çıxdıqdan sonra 36 ölkədə araşdırmalara başlanılıb. Nəticədə də dünya tibb sənayesində 400 milyard məbləğində maliyyə problemi aşkarlanıb.


Sağlamlıq üçün problem yaradan qurğular əsasən aşağıdakılardır:  


• Çanaq protezi və sidik qaçırma zamanı tətbiq edilən torlar klinikalara heç bir sınaqdan keçmədən satılır.  


• İstehsalçılar ürək ritmini tənzimləyən aparatların düzgün işləmədiyini bilsələr də qurğular pasientlərə tətbiq olunub.  


• Yırtıqlar zamanı tətbiq edilən implant torlar xəstələr üçün sağlamlıq problemləri yaradıb. 


• Fəqərələrarası disk implantları bir müddət sonra yerindən çıxaraq pasientin bədən boşluğuna düşüb. 


Tibbi qurğular və implantlardan əlavə həmçinin bir sıra əlil arabaları, funksional çarpayılar və katetrlər də problemli avadanlıqlar siyahısında yer alırlar. 


Arzu

Medicina.az

İnsanlara yerləşdirilən qurğularla bağlı ŞOK ARAŞDIRMA -  Sınaqdan keçirilmir, 83 min insan bundan ölüb
İnsanlara yerləşdirilən qurğularla bağlı ŞOK ARAŞDIRMA -  Sınaqdan keçirilmir, 83 min insan bundan ölüb