Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanlara vaksin əvəzinə duzlu su vuruldu

  • 2021.08.16 12:55
  • 2083 Baxış
İnsanlara vaksin əvəzinə  duzlu su vuruldu
Almaniyada koronavirus peyvəndi yerinə 8 min 600 adama duzlu su vurulub.

Medicina.az azxeber.com-a istinadən xəbər verir ki, dünyada koronavirusla mübarizədə peyvəndlənmə işləri sürətlə davam edərkən, Almaniyada bununla bağlı skandal yaşanıb.

Ölkənin şimalında bir peyvənd mərkəzində çalışan tibb bacısının koronavirus peyvəndi əvəzinə əksəriyyəti yaşlı olan 8600 adama duzlu su vurduğu məlum olub. Almaniya Səhiyyə Nazirliyi tibb bacısının etdiyi bu əməldən sonra minlərlə insanı yenidən peyvənd olunmağa çağırıb.

Tibb bacısının həbs edilib-edilməməsi ilə bağlı cəmiyyətə heç bir açıqlama verilməyib. Digər tərəfdən 83 milyon əhalisi olan Almaniyada indiyədək 95,3 milyon doza peyvənd vurulub. Əhalinin 55,2 faizi tam peyvənd olunub.