İnsan və heyvan vitamin- mineral çatışmazlığından ölür, həkimlər özlərini belə müalicə edə bilmir – Dünyaca məşhur veterinarın “ Ölən həkimlər yalan danışmır” kitabında nələr yazılıb?
Əgər bu yazını sona kimi kimi səbrlə oxusanız, hesab edin ki, bir neçə il tibb fakultəsində təhsil almısız və sizi müalicə edəcək istənilən həkimdən daha savadlısız.
Dünyaca məşhur veterinar həkim, yəni heyvanlar üzrə həkim olan Coel Uollokun " Ölü həkimlər yalan danışmır” kitabı dünyada betstellerə çevrilib.
Uollokun həkimlərə , müasir səhiyyənin çox müalicə metodlarına qarşı çevrilən bu kitabı və leksiyaları dünya səhiyyə və tibb təşkilatlarında etiraza, tənqidə məruz qalmışdı. Amma onun çıxışları indiyə kimi sağlamlığının qeydinə qalan insanların seçimidir.
"Medicina.az"həmin kitabdan sizi dəhşətə gətirəcək və bəzi sirləri ortaya çıxaracaq məqamları təqdim edir:
" Mən fermer ailəsində, yəni fermada, heyvanlarla ünsiyyətlə böyümüşəm. 50-ci illərdə biz ətlik inəklərin çoxaldılması ilə məşğul idik. Özəl fermerdə mal-qara yetişdirməyin asan yolu maldarlıq üçün yemi də istehsal etməkdən keçirdi. Biz buğda, qarğıdalı, paxlalılar əkirdik, dəyirmanda üyüdəndə ona çoxlu vitamin və mineral qatırdılar. 6 ay sonra bu yemdən yeyən mal-qara böyüyür, ətə dolur, sağlam şəkildə bazara çıxarılırdı.
Torpaqda əkdiyimiz o taxıl, yarma, qarğıdalının yaxşı hissəsini öz istifadəmiz üçün ayırırdıq. Amma maraqlısı o idi ki, biz ona əlavə vitamin və minerallar qatmırdıq. Niyə? Deməli, öküzün, inəyin sağlamlığı insandan daha vacibdir?
Mən uşaq ağlımla atamdan bunun səbəbini soruşdum, atam isə "sus oğlum, başımı yorma” deyirdi.
Sonra mən kənd təsərrüfatı məktəbinə daxil oldum, maldarlıq üzrə mütəxxəsis diplomu aldım.
Ondan sonra Afrikada 2 il işlədim, daha sonra ABŞ-da zooparkda veterinar kimi işə düzəldim. Orda Sağlamlıq İnstitutunun proqramı ilə zooparkda ölən heyvanların yarılması və ölüm səbəbinin araşdırılması ilə məşğul olacaqdım.
Bu illər ərzində 17500 heyvan və 3000 insan meyidinin yarılmasından və ölüm səbəbini araşdırandan sonra fikir bildirməyə haqqım olduğunu düşündüm.
Mənim gəldiyim nəticə bu oldu: öz əcəli ilə ölən insan və heyvanların 99,9 %-i qidada lazımlı maddə, vitamin və mineralların çatışmamasından ölür. Bütün kimyəvi və bioloji analizlər də bunu təsdiq edirdi.
İNSAN NORMAL 150 İL YAŞAMALIDIR
İnsanın genetik kodlaşdırılması ona 120-140 il normal yaşamaq imkanı verir. Hazırda dünyada 5 xalq var ki, 120 yaşı keçir: Onlar Şərqdə, Tibetdə, Qərbi Çindədir.
Müasir dünyanın ən çox yaşayan insanı 1677-ci ildə Tibetdə doğulmuş doktor Li idi. O, 150 və 200 yaşında Çin hökümətindən xüsusi sertifikat almışdı. 1933-cü ildə vəfat edib. Bu adam haqqında dünyanın bütün mötəbər qəzetləri yazıb.
Keçmiş Sovet ittifaqında isə gürcülər, abxazlar, azərbaycanlılar çox rahat şəkildə 100 yaşı keçir.
Marqaret Piç Ginnesə ən uzunömürlü amerikalı qadın kimi düşmüşdü. O nədən öldü? Yıxılıb sümüklərini sındırdı. 115 yaşında ölən qadının ölüm səbəbi nə idi: osteoporoz, orqanizmdə kalsiy çatışmazlığı. Qadının heç bir ürək damar problemi yox idi. Qızı xatırlamışdı ki, ölümündən əvvəl anası çoxlu şirniyyat istəyirdi, bu isə orqanizmin kalsiy defisitinə reaksiyasıdır.
Bu gün dünyada orta ömür 70-75 yaşdır, ali savadlı mütəxəssis, ofis işçisi və həkimlər isə 58-60 il yaşayır.
Uzun ömürlülərin qidalanması və 50-60 yaşda insanların ölüm səbəblərini araşdırıb bu qənaətə gəldim ki:
- İnsan gün ərzində qida ilə orqanizmə 60 mineral, 16 vitamin, 12 amin turşusu, 3 yaş turşusu və zülal verməlidir. Ümumi sayı 90 edən bu vacib maddələri almasaz, tezliklə ən müxtəlif xəstəliklərə tutulacaqsız.
Mən Times qəzetində çıxan ən populyar məqaləmdə sübut etmişəm ki, vitamin və minerallar ürək-damar, xərçəng və qocalmanın qarşısını alır.
Amma 6-cı səhifədə bu məqalə ilə bağlı mənfi fikir bildirən həkim Viktor Hubinin sözlərini oxuyuruq:
" Vitaminlərin qəbulu fayda vermir. Əlavə olaraq aldığımız bütün BAD, vitamin və minerallar sidiyimizi qiymətli edir, başqa heç nə”. BU o deməkdir ki, biz dollarla sidiyə gedirik. Necə olur ki, vitamin və minerallara verdiyimiz pul sidiyimizi qiymətli edir, orqanizmimizi yox?
Amma mən əminəm ki, biz öz sağlamlığımıza investisiya yatırmadıqca, həkimlərin, klinikaların, farmakoloji şirkətlərin milyonlarını artırırıq. Biz onları varlı edirik. Bİz onların sidiyini dollara çeviririk.
Mən veterinar həkim kimi əminəm: əgər indiki səhiyyə sisteminin insan üzərində etdiklərini heyvandarlığa tətbiq etsək, yeməyə ət tapmayacağıq, ətin kiloqramı 300 dollar olacaq. Yox əgər əksinə, kənd təsərrüfatında heyvanlar üçün olan müalicəni insanlara tətbiq etsək bir insanın profilaktikası, müalicəsi ildə 10-15 dollara başa gələcək. Amma bu heç kimə sərf etmir. Tibb, müalicə, dərman daha bahalı olmalıdır.
İnsan ölümlərinin səbəbi, yanlış və düzgün müalicələr.
1.Mənə görə insanı öldürən birinci səbəb Mədə-bağırsaq xəstəlikləri, xoradır.
Hələ 20 il əvvələ kimi həkimlər deyirdi ki, mədə xorası stresdən yaranır. Amma veterinarlar 50 il əvvəldən bilirdi ki, donuzlarda xoranı bakteriyalar törədir. Biz donuzları əməliyyat etmirdik, heç belə təlimat da yoxdur. Biz vismut adlı mineral alıb donuzlara verirdik. Vismut, tetrasiklin və normal qida. Bir donuzun müalicəsi 5-7 dollara başa gəlirdi. İndi insanın mədə xorasının müalicəsi neçəyə başa gəlir: 2000-3000 dollara.
Dünya səhiyyəsi isə 1994-cü ildə hələ elan etdi ki, mədədə xoranı bakteriyalar yaradır və bakteriyaları antibiotiklərlə müalicə etmək lazımdır.
Mənsə təklif edirəm ki, vismut, digər adı peptobizm adlanan mineralı içməklə mədə xorasını sağaltmaq olar.
2-ci yerdə amerikalıların ölüm səbəbi kimi xərçəng gəlir.
1993-cü ildə 29.000 onkoloji xəstə üzərində aparılan araşdırmada xəstələrə iki dəfə artıq dozada vitamin və minerallar verildi. Nobel mükafatı laureatı Alan Pol isə deyir ki, xərçəng xəstəliyini önləmək üçün vitamin C gündə 10000 mq dozada qəbul olunmalıdır.
Həkimlərin 1 il ömür qoyduğu Alan Pol indi 95 yaşındadır, yaşayır, işləyir. Vitamin A və C-ni normadan artıq dozada qəbul etməklə pis heç nə baş verməyəcək. Həmçinin onkoloji xəstələrə sink, riboflavin, molibden, vitamin E, beta karotin və Selen lazımdır.
3.Artrit- artroz, oynaq iltihabi xəstəlikləri
1993-cü ildə Harvard və Boston xəstəxanalarında ağır artrit xəstələrinin toyuq proteini ilə müalicəsi təcrübə olunmuşdur. Həmin xəstələrin dərmanla müalicəsi artıq effekt vermirdi. Əlac əməliyyat idi, o da çox bahalıdır. O zaman mən təklif etdim, bu xəstələr onsuz da çox ağrılara dözüblər, daha 3 ay eksperimentə dözsələr dünya dağılmaz. Bəlkə xilas oldular.
29 könüllü ilə başladıq: onlara hər səhər toyuq proteini – narın edilmiş qığırdaq sümüyü portağal şirəsinə qatıb verirdilər. 10 gündən sonra yaxşılaşma başladı, 3 aydan sonra isə oynaqlar 50 faiz bərpa oldu. Bu nəticəni görən Harvard həkimləri eyforiyaya düşüb, toyuq proteinini dərman kimi elan edib, apteklərdə satışa çıxarmaq barədə də düşünürdülər. Bəs necə, hazır pul idi.
Başqa bir təklifim: aptekdə ucuz vasitə var -Noksidcelon. Qadınlar saç və dırnaqlarını bərkitmək üçün qəbul edir. Onun tərkibində inək sümüyü qığırdağı var. O sümük və oynaqları da bərpa edər. Əgər hər səhər portağal şirəsinə yarım çay qaşığı qatıb içsəz, sonra məni axtarıb, qucaqlayıb öpəcəksiz.
4.Əsrin bəlası – Alsqeymer.
Qocaları qorxudurlar, yaddaşın itəcək, gəəzn tərəvəzə dönəcəksən. Həkimlər çarəsizdir. Halbuki 50 il əvvəl qocalar belə bir xəstəlik nədir bilmirdilər.
Amma heyvanlarda Alsgeymerin yaranmaması üçün xüsusi araşdırmalar aparılmışdı. Bunun üçün yüksək dozada E vitamini verilirdi, effekti də var idi. 1992-ci ildə Kaliforniya Universitetində Alsgeymerli xəstələr üzərində ciddi elmi təcrübə aparılıb və vitamin E effektivliyi sübuta yetirilib.
Bu gün həkiminiz sizə bu barədə danışırmı, təklif edirmi? Müasir tibb veterenarliqdan 50 il geridə qalıb. Bəlkə siz də həkimə yox, veterinara gedəsiz?
5.Böyrəklərdə daş - əməliyyatla çıxaraq?
Çox həkimlər deyir ki, kalsium çoxluğundan daş yaranır. Xəstəyə kalsiy tərkibli ərzaqları qadağan edir.......
Ardını izləyin
Saytımızda olacaq