“Koronavirusun omikron ştamına yoluxma COVID-19-un bütün sonrakı variantlarından qorunmanı təmin edəcəyi ilə bağlı təsəvvürlər yanlışdır”.
Medicina.az xəbər verir ki, bunu Avstraliyanın Melburn şəhərindən olan cərrah-otolarinqoloq Erik Levi tvitterdə yazıb.
Sanki bəzi insanlar qəsdən özlərini omikona yoluxdurmağa çalışırlar:
“ Lakin siz bilmirsiniz ki, immunitet sisteminiz zərbə almağa hazır olacaq ya yox. Çoxlarına bu xəstəlik son dərəcə çətinliklər yaradır”.
Həkimin fikrincə, belə təhlükəli addım onları gələcək yoluxmalardan xilas etməyəcək.
Erik Levi əlavə edib ki, xəstə olduqdan sonra bir insan maksimum dörd həftə toxunulmazlıq alır.
O, həmçinin xatırladıb ki, peyvənd koronavirusa qarşı ən etibarlı müdafiə olaraq qalır.