Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanlar ölümdən öncə nə hiss edir? – Alimlər açıqladı

  • 2024.03.15 21:42
  • 2126 Baxış
İnsanlar ölümdən öncə nə hiss edir?  – Alimlər açıqladı

Amerikalı alimlər insanların öz ölümünü öncədən hiss etməsini araşdırıb və bunun mexanizmini sübut ediblər.


“Medicina” xəbər verir ki, onlar tədqiqatda 5000-dən çox xəstəlik və ölüm tarixçəsini analiz ediblər.

Nəticədə onlar ölümü hiss etmək fenomeninin formulunu tapıb.

Məlum olub ki, orqanizmdə ölümə yaxın baş verən fərqli dəyişiklik insana öləcəyini hiss etdirir.

Burda söhbət qəza yox, təbii ölümdən söhbət gedir.

Çox zaman insanlar bütün təcili işlərini qaydaya salıb, qısa müddət sonra ölüblər. Onlar üçün sanki öləcəyini hiss edirmiş deyilir.

Alimlər bildirir ki, şüuraltı bədəndə hüceyrə səviyyəsində gedən geridönməz prosesləri tutur və artıq hüceyrə səviyyəsində bunu anlayır.

Sübut olunub ki, ölümdən öncə insanın beyin funksiyaları zəifləyir, analiz edə bilmir, aktivliyi azalır, nəyəsə baxmaq, oxumaq, qulaq asmaq, söhbət etmək istəmir.

Eləcə də alimlər qeyd edib ki, öləcəyi hissi insanlarda ölümdən 1 il öncə artıq gəlir və özünü müxtəlif detallarda göstərir.

Amma rəyi soruşulan xəstələr bu hissin mexanizmini izah edə bilməyiblər.


Aygün Musayeva