Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İnsanlar düşünür ki, virus yoxa çıxıb" - Pulmonoloq

  • 2021.08.11 17:31
  • 2077 Baxış
"İnsanlar düşünür ki, virus yoxa çıxıb" -  Pulmonoloq

Koronavirusla bağlı mövcud vəziyyət həm dövlət, həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükəlidir.

Medicina.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya və Allerqologiya şöbəsinin həkimi, terapevt-pulmonoloq Günel Sadıqova deyib.

Onun sözlərinə görə, belə getsə, artımlarla əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq:

"İnsanlar elə hesab edir ki, məhdudiyyətlər olmadığından, virus yoxa çıxıb. Amma bu belə deyil. Unutmaq lazım deyil ki, pandemiya hələ bitməyib və virus yayılmağa davam edir. Yeni yayılan “Delta” ştammı da bu işə təsir göstərir. Çünki bu ştammın yayılma sürəti olduqca yüksəkdir”.

G.Sadıqova onu da əlavə edib ki, tətil mövsümü olduğundan səyahət zamanı vətəndaşlar yeni ştamma daha çox yoluxurlar:

"Səyahət zamanı pandemiya tədbirlərinə əməl olunmalı, sosial məsafə və maska taxmaq kimi vacib tələblər yerinə yetirilməlidir. Virusdan qorunmaq, eləcə də yoluxanda xəstəliyi ağır keçirməmək üçün ən effektiv yol vaksinasiyadır. Əgər biz kütləvi peyvəndlənməni sürətləndirsək, məhdudiyyətlər tətbiq olunmadan virusun öhdəsindən gəlmiş olarıq".