“İnsanlar düşünməsin ki, maska qərarı nəyisə həll edəcək” - VİDEO
“İnsanlar düşünməsin ki, maska qərarı nəyisə həll edəcək” - VİDEO
2021.05.24 17:02
1229 Baxış
“Virusun insanlar üzərindəki psixoloji təsirini azaltmaq üçün hansısa qərarlar verilə bilər”.
Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.
“Epidemioloji vəziyyət nəzarətdə və reanimasiyalardakı boş yataq sayı bəlli səviyyədə olduğu müddətdə təmasın minimal olduğu açıq havada maskadan istifadə ilə bağlı hansısa qərarlar verilə bilər. İnsanlar düşünməsin ki, maska qərarının verilib-verilməməsi nəyisə həll edəcək.
Bu, ötən il kimlərsə maskanın vacib olmadığını deyibsə, indi onların haqlı olması demək deyil. Koronavirus həyatımızda uzun müddət qalacaq. Yəqin ki, bugünkü vəziyyət dünyada və ölkəmizdə hökumətlərin mərhələli şəkildə yumşaldılma qərarları verməsinə imkan yaradacaq”, - o bildirib.