Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İnsanlar doğrudan da pandemiyadan beziblər” - Adil Qeybulla - VİDEO

  • 2021.03.05 16:21
  • 2001 Baxış
“İnsanlar doğrudan da pandemiyadan beziblər” -  Adil Qeybulla - VİDEO

Ölkədə koronavirusa yoluxma rəqəmlərini nəzərə alsaq, karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac duyulmur.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, indiki dövrdə karantin tədbirlərini sərtləşdirməkdənsə, vaksinasiya prosesinə ciddi önəm vermək lazımdır:

“Hesab edirəm insanların bayramı hansısa formada keçirə bilməsinə şərait yaradılması daha düzgün olardı. Çünki insanlar doğrudan da pandemiyadan beziblər. Bütün dünyada bu problem yaşanır. Düşünürəm ki, vaksinasiya prosesinə xüsusi güc verməliyik. Bununla bağlı intensiv işlər görülməlidir ki, qısa müddətdə uğurlu nəticə əldə edək.

Üçüncü dalğanın yanından ötüb keçməyə çalışmalıyıq. Bunun üçün qapalı mühitdə karantin qaydalarına riayət etmək və ictimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır”.