Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanın yüksək intelektli olmasının 7 gözlənilməz - ƏLAMƏTLƏRİ

  • 2022.10.17 15:06
  • 2507 Baxış
İnsanın yüksək intelektli olmasının 7 gözlənilməz    - ƏLAMƏTLƏRİ

Son zamanlar dəbdə olan yüksək intelekt, yüksək İQ heç də həmişə insanın zehinli, bilikli, fitri istedadının olması ilə ölçülmür.


"Medicina" xəbər verir ki, alimlər yüksək intelektli insanların 6 əsas əlamətini qruplaşdırıb.

1. Yüksək təşvişli, həyəcanlı olurlar - onların beyni hadisəni öncədən analizə edib, nəticələrinə görə təşviş keçirir. Neqativ senariləri daha çox düşünürlər. Yəni belə adamlar aşırı stresli ola bilirlər.

2. Yuxusuzluq və depressiya - çox düşünməkdən yaranır

3. Solaxaylıq - Beynin digər yarımkürəsinin daha çox inkişafı ilə bağlıdır. Onlar ciddi elmlərə, riyaziyyat, fizikaya meyl edir

4. Səhər tez oyanıb-gecə gec yatırlar

5. Çox güclü söz bazaları var - informasiyanı yarım saat təhlil və izah edə bilərlər
6. Güclü xəyal və fantaziya imkanları olur

7. Tələskən və səliqəsizlik - onların buna sadəcə hövsələləri yoxdur və önəm vermirlər. Daha vacib şeylər var.

Aygün Musayeva