Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanın yaşadığı yerlə xərçəng arasında əlaqə - tapıldı

  • 2023.11.23 16:16
  • 1512 Baxış
İnsanın yaşadığı yerlə  xərçəng arasında əlaqə  - tapıldı

ABŞ alimləri insanın yaşadığı ərazi, yerlə xərçəngin inkişafı arasında əlaqə tapıblar.

“Medicina” xəbər verir ki, ekoloji mühiti və ətraf mühiti zərərli olan rayonlarda süd vəzi xərçəngi olma riski yüksəkdir.


Dyuka universitetinin alimləri elmi araşdırma sonunda bu qənaətə gəlib ki, qadının harda yaşaması süd vəzi xərçəngi ilə əlaqəlidir.

Tədqiqatda analiz üçün ətraf mühitin keyfiyyət indeksi – çirklənmə, radioasiya, xəstələnmə dərəcəsi və ölüm statisrtikası götürülüb.

Həm şəhər, həm də qəsəbə və kəndlər üzrə seçim edilib.

Məlum olub ki, orta xəstələnmə şəhərdə daha yüksəkdir: şəhər və şəhərətrafı hər 100 min nəfərə 160 nəfər, kəndlərdə isə hər 100 min əhaliyə 145 nəfər.

Atmosferi, suyu, ekoloji dəyərləri pis keyfiyyətdə olan rayonlarda süd vəzi xərçəngi 2 dəfə daha çoxdur.

Aygün Musayeva