Su orqanizmdə vacib rol oynayır. Fərdi olduğumuz üçün su normamız da fərqlidir. Gündəlik norma su miqdarı insanın çəkisindən asılıdır.
“Medicina” xəbər verir ki, terapevt Nadejda Çernışevanın sözlərinə görə, su dəyərini bilmək üçün çəkinizi dəqiq bilməyiniz vacibdir. Maksimum gündəlik su qəbulu bədən çəkisinin hər kiloqramı üçün 30 mililitrdir. Məsələn 70 kilosunuzsa, 70X30=21, yəni 2,10 lt sizin su normanızdır.
“Unutmayın ki, həddindən artıq su duzların konsentrasiyasını pozur və qanda mineralların azalması, ürəyin dayanmasına qədər gətirib çıxara bilər.
Su həddindən artıq içilmirsə, lakin insan hələ də kökəlməyə davam edirsə, bu insanın böyrək problemlərindən, böyrək çatışmazlığından xəbər verə bilər.
Su vaxtaşırı, qurtum- qurtum içilməlidir. Suyu birbaşa litrlə içmək olmaz. Bu orqanizmə mənfi təsir göstərəcək.
Təxminən hər 20 dəqiqədən bir qurtum içmək lazımdır. Birbaşa içdiyimiz zaman böyrəklərə çox yük düşür.
Ümumiyyətlə, orqanizmdə lazımi miqdarda maye olmadıqda, baş verə biləcək susuzlaşma riski artır. Bu vəziyyətdə yuxululuq yaranır, təzyiq azalır, beyin dumanlanır. Yaşlı insanlarda qıcıqlanma, nitqin və görmənin pisləşməsi mümkündür. Ən pis halda, su çatışmazlığı konvulsiyalar, spazmlar, işemiya, insult və infarkta səbəb ola bilər”.
Aygün Musayeva