İnsanın səs telləri və səs tonunda olan nəzərəçarpmaz dəyişikliklər belə onun səhhətində gələcək problemlərdən xəbər verir.
Bakupost.az xəbər verir ki, ABŞ-ın Mayo klinikasının alimləri süni intelekt vasitəsilə insan səsini təhlil edib, ürək xəstəlikləri dianqozu qoymaq proqramını hazırlayıblar.
Kompüter alqoritmi insan səsinin 80 müxtəlif xarakteristikasını analiz edir. Süni intelekt 10 min müxtəlif insanın səs nümunəsi üzərində test olunub.
Tədqiqatlar göstərib ki, süni intelekt insan səsini təhlil etməklə, onu yaxın 4-6 ildə ürəyin işemik xəstəliyi və infarkt gözləyib-gözləmədəyini dəqiq təyin edir.
Belə ki, ürəkdə işemik xəstəlikm iri koronar arteriyaların daralması səbəbindən baş verdiyi üçün bu damarlar boyunda və boyuna yaxın yerləşdiyindən səs tellərində dəyişiklik baş verir.
Süni intelektin bu yeniliyi 108 nəfər könüllü pasiyent üzərində sınanılıb və nəticələr Amerika kardiologiya kollecinə təqdim olunub.
108 nəfərin hər biri koronaroqrafiyadan, ürək müayinələrindən keçirilib, daha sonra onların səsi 30 saniyəlik yazılıb.
Səs nümunələri Süni intelektə ötürülüb. Komputer səsin göstəricilərinə görə iştirakçıları balla qiymətləndirib.
Bu insanlar üzərində 2 illik müşahidələr göstərib ki, Suni İntelekt tərəfindən yülsək bal alanlarda ürəklə bağlı xəstəliklər, problemlər, ürək ağrısı tutması, damar problemi 2,5 dəfə daha çox olub, nəinki süni intelekt tərindən aşağı, az balla qiymətləndirilən digər iştirakçılar.
Beləliklə, komputer alqoritmi istənilən həkim, müayinə və analizdən daha dəqiq diaqnoz qoymaq üstünlüyünü sübut edib.
Hələ bu texnologiya geniş klinik təcrübədə tətbiqə hazır deyil, amma yaxın 5 ildə ən tələbatlı metod ola bilər və kardioloqların işini asanlaşdıracaq.
Aygün Musayeva
BakuPost