Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanın pis əhvalı xəstəlik əlaməti ola bilər

  • 2023.03.25 18:50
  • 2049 Baxış
İnsanın pis əhvalı xəstəlik əlaməti ola bilər
Daimi pis əhval-ruhiyyə xəstəlik əlaməti sayılır. Çünki tibbdə pis əhval-ruhiyyə anlayışı yoxdur. Tibbdə əhval pozğunluğu termini var. Bu da adından göründüyü kimi hansısa xəstəliyin carçısıdır.

“Medicina” xəbər verir ki, davamlı olaraq pisləşən əhval- ruhiyyə ciddi xəstəliklər və vitamin- mikroelementlərin köməyi ilə vəziyyəti düzəltmək mümkündür.


Kardioloq Denis Prokofyev bildirdi ki, əhval pozğunluğunun kökündə hansısa problemlər dayanır. O qeyd etdi ki, bunlar hormonal balansızlıqla bağlıdır. Çünki bədənin həyati fəaliyyətinə, o cümlədən psixi vəziyyətə təsir edən hormonlardır.
Stress hormonları – adrenalin, norepinefrin və kortizolun qanda çox olması insan həyatı üçün təhlükəlidir.

Kardioloqun fikrincə, ən başlıcası, pis əhval-ruhiyyə pis diaqnozun xəbərçisi olduqda belə şərtləri qaçırmamaqdır. İlk növbədə, depressiv və hipokondriakal sindromlardan danışırıq.

Əhval pozğunluğuna səbəb triada hormonudur. Bu zaman insanlar daimi yuxululuq və süstlük hiss edirlər. Bu sindrom tezliklə ciddi bir xəstəliyə çevrilə bilər və psixatrik xəstəliklərə gətirib çıxarda bilər.

Əhval-ruhiyyənin pisləşməsi və apatiya hipotiroidizm adlanır. Buna səbəb dəmir çatışmamazlığıdır. Dəmir çatışmazlığı anemiyası olan xəstələr üçün ağlamaq və yuxululuq da xarakterikdir. Bu problem tez-tez reproduktiv yaşda olan qadınlarda olur.

Məhz bu səbəbdən ilk öncə yeməklərimizə diqqət etməli, hormonlarımızı vaxtaşırı yoxlamalıyıq.

Günay Quluzadə