Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanın ölümü bağırsaqlarından başlayır – Sizi xilas edəcək RESEPT

  • 2019.08.28 20:57
  • 213745 Baxış
İnsanın ölümü bağırsaqlarından başlayır –  Sizi xilas edəcək RESEPT
"Ölüm bağırsaqlardan başlayır” – bu fikri qədim yunan həkimi Hippokrat deyib. Müasir tibb də müxtəlif elmi tədqiqatlar və xəstələrin ölümünü araşdırarkən  bu fikrin doğru olduğunu bir daha təsdiqləyib.

Hazırda Yer üzündə 250 milyon insan yoğun bağırsaq problemindən əziyyət çəkir. 

Bağırsaqların normal olmaması elə insanın zahirindən bilinir: baş ağrıları, halsızlıq, üzdə səpkilər, tez qocalma, müxtəlif xroniki xəstəliklər, daim yuxulu olmaq və s. 

Hazırda ən çox diaqnoz olunan bağırsaq xəstəlikləri bunlardır:

-Turşulu reflüks

-Kolit

-Qəbizlik

-Kron xəstəliyi

-Bağırsaq qıcıqlanması

-Diareya

İnsanların bağırsaqdan gələn ölümünün səbəbi bağırsaqların təmizlənməməsidir. Zərərli qidaların yığılıb illərlə yoğun bağırsaqda toksinlər buraxması insanı yavaş-yavaş məhv edir.

Medicina.az sizə dünya alimlərinin belə tövsiyyə etdiyi, yoğun bağırsağı təmizləyən, ümumilikdə orqanizmi sağaldan qarışımı təqdim edir

2 ədəd alma

1 xörək qaşığı kətan toxumu

1 xörək qaşığı Çia toxumu (satışda var) 

1 stəkan su

1 x.q bal

Bütün inqridiyentlər blenderdə qarışdırılır, bir kənara qoyulur. Ta ki, toxumlar şişənə kimi,

Bu qarışımı yaxşı olar ki, səhər acqarına içəsiz.

İçdikdən sonra bir müddət qarında sancı, tez-tez tualetə çağırışlar normaldır. 

Bu resept sizə ürək-damar sistemini, oynaqları, endokrin sistemi, beyni və dərini normallaşdırmağa kömək edəcək, yoğun bağırsaq xərçəngindən qoruyacaq, arıqladacaq, özünüzü gümrah hiss etdirəcək