İnsanın məhz bu orqanı onun ömrünün nə qədər ola biləcəyini müəyyən edə bilər.
“Medicina” xəbər verir ki, qaraciyər xərçəngi üzrə onkoloq Valeriy Breder qaraciyərin ömür uzunluğuna təsirini açıqlayıb.
“Qaraciyər öd şirəsi sintezi və detoksikasiya funksiyasını icra edir. Orqanizmin energetik ehtiyatına cavabdehdir.
Bu unikal bir fabrikdir, qaraciyərin 50-dən çox funksiyası var, əgər onlardan biri qırılarsa, insan həyatı üçün faciəvi ola bilər. Qaracyər ən kritik orqandır, onu heç nə ilə əvəz etmək olmaz. Son çarəsi yalnız orqan köçürülməsidir”.
Bundan öncə dietoloq Solomatina öd kisəsi və qaraciyərində problem olanlara zeytun yağının zərərli olacağını bildirmişdi.
Aygün Musayeva