Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İnsanlar 2022-ci ilə kimi 2 metr məsafəni gözləməli olacaqlar"- YENİ TƏDQİQAT

  • 2020.04.15 16:22
  • 2165 Baxış
"İnsanlar 2022-ci ilə kimi 2 metr məsafəni gözləməli olacaqlar" - YENİ TƏDQİQAT

"Sosial məsafə 2022-ci ilə qədər qorunmalıdır"


Medicina.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma nəticəsində koronavirus səbəbindən 2022-ci ilə qədər sosial məsafələrin tələb oluna biləcəyini açıqlanıb.

Soyuq aylarda COVID-19-nin daha yoluxucu olacağını güman edən elm adamları, 2022-ci ilə qədər xəstəxanaların daşmasının qarşısını almaq üçün sosial məsafəni vaxtaşırı təkrarlamaq lazım gələ biləcəyini qeyd edib.

Araşdırma qrupunun lideri Stiven Kissler “Birdəfəlik sosial məsafə tədbirlərinin SARS CoV-2 hadisəsini reanimasiya hüdudları daxilində saxlamaq üçün yetərli olmadığını gördük. Digər müalicə formaları olmadıqda, vacib olan sosial məsafələr dövrləri kimi görünür” deyə bildirib.