Son zamanlar "zombi həbi” olaraq tanınan narkotik maddənin yeni növü flakka yayılmağa başlayıb.
Medicina.az xəbər verir ki, Moodist Psixiatr və Nevroloji Xəstəxanası Aludəçilik Mərkəzinin direktoru Gültəkin Ögəl flakka barəsində maraqlı açıqlamalar verib.
Onun sözlərinə görə, yeni narkotik vasitə sayılan maddə hamam duzu olaraq adlandırılır. Görünüşü duzu xatırlatığından maddəyə bu ad qoyulub. Əksər zaman xaricdən sifarişlə gətirilir. Təsiri və zərəri çox bilinmədiyindən ölkələrə gətirilməsi asandır.
Flakka insanda xəyal görmə, panik atak və s. kimi hallar yaradır. Bu həbi qəbul edən şəxslər qarşısındakılara və özlərinə sərt davranaraq şiddətə də əl ata bilərlər.
Bu dərman bədən istiliyini artıraraq böyrək çatışmazlığı yarada bilər. Həddindən çox istifadəsi isə ölümlə nəticələnə bilər.