Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanı xoşbəxt etmək üçün neçə min dollar lazımdır? - Alimlər hesablayıb

  • 2022.11.11 17:10
  • 2751 Baxış
İnsanı xoşbəxt etmək üçün neçə min dollar lazımdır?  - Alimlər hesablayıb

Pul, maddi gəlir nəinki gəliri az olan, maaşa baxan, hətta orta imkanlı insanları da xoşbəxt edə bilər.

Gözləmədiyi halda hesabına pul köçdüyünü görəndə insanda xoşbəxtlik hormonları hasil olur.

Bakupost.az xəbər verir ki, Kanada alimləri eksperiment apararaq, nə qədər pulun insanı bir anlıq da olsa xoşbəxt edəcəyini üzə çıxarıb.

Alimlər müxtəlif ölkələrdən, müxtəlif gəliri olan bir qrup insanı təcrübəyə cəlb edib, sonra onları müşahidə edərkən hesablarına 10 min dollar köçürüblər.

Həm imkanlı, həm də kasıb ölkələrdən olan insanlar eyni dərəcədə hesaba köçən pulu görəndə seviniblər, amma kasıb insanlarda bu hiss digərlərindən 2 dəfə çox olub.

Tədqiqat göstərib ki, gəliri olan insanlar zatən digərlərindən daha xoşbəxt olur, amma getdikcə gəlir artdıqca bu hiss azalmağa, zəifləməyə başlayır.

Alimlər bu nəticəyə gəlib ki, 10 min dollar insanı xoşbəxt hiss etməsi üçün yetərli məbləğdir.
İştirakçılar bu pulu heç bir sərmayə etmədən öz istəklərinə xərcləməli idilər. 3 ay ərzində bu iştirakçıların həyatdan razılıq hissi 72 bala çatıb.

Digər bir tədqiqat isə xoşbəxt insanların daha çox pul qazandığını sübut edib.

Aygün Musayeva