Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanı xəstələndirib öldürən əsl səbəblər- Həkimlər özləri nədən ölür?

  • 2021.02.23 15:34
  • 3247 Baxış
İnsanı xəstələndirib öldürən əsl səbəblər - Həkimlər özləri nədən ölür?

Əgər bu yazını sona kimi səbrlə oxusanız, hesab edin ki, bir neçə il tibb fakultəsində təhsil almısız və sizi müalicə edəcək istənilən həkimdən daha savadlısız.

Dünyaca məşhur veterinar və fermer Coel Vollokun " Ölü həkimlər yalan danışmır” kitabı dünyada betstellerə çevrilib.

Medicina.az həmin kitabdan sizə maraqlı və həyatınızı dəyişəcək hissələri təqdim edir.




Böyrəklərdə daş var - əməliyyatla çıxaraq?

Çox həkimlər deyir ki, kalsium çoxluğundan böyrəkdə daş yaranır. Xəstəyə kalsium tərkibli ərzaqları qadağan edir. Əslində isə böyrəklərdə daş insanın öz sümüklərindən ayrılan kalsium yığnağıdır. İnsan kalsiy defisiti yaşayanda, sümükdən toz kimi maddə ayrılır. Böyrəklər onu süzə bilmir və daşa çevrilir.

1000 il əvvəl bilirdilər ki, mal-qaranın böyrəyində daş olmasın deyə ona bol kalsiy, maqnezium və bor vermək lazımdır. Axı öküzlər, dana, camış, qoyun böyrəkdə daş yaranarsa ölürlər. Bu isə fermerlərə ziyandır.

İnsan isə böyrəyində daş olarsa sadəcə xəstə insana çevrilir, ağrıdan əzab çəkir, ölmür.

Hələ 1993-cü ildə aparılmış tibbi təcrübələr sübut etmişdi ki, kalsiy böyrəkdə daş yaranmasının qarşısını alır. Sizin həkiminizin bundan xəbəri varmı? 40.000 pasiyent üzərində aparılan təcrübədə müəyyən miqdar kalsium alan xəstələrin böyrəyində daş yaranmadı.

Ölü həkimlər yalan danışmaz

Mən qeyd etmişdim ki, orta insan ömrü 75-dir, çox həkimlər isə 58-60 yaşında ölür. Sənə, mənə necə yaşamağı öyrədən həkimlər " kofe içmə, duzdan imtina et, kərə yağı yemə” deyə-deyə 60 yaşına çatmır, amma adam var ki, çayına qənd əvəzinə bir parça duz qatıb içir, bütün yeməklərini kərə yağında bişirir, 120 il yaşayır. İndi özünüz qərar verin: kimə inanaq?

Bunlar hələ tanıdığım, araşdırdığım həkimlərdir. Çoxuna hörmət edirdim. Onların ölüm səbəbləri mənə məlum olanda təəccüblənmədim.

- Harvard universitetini bitirən, həkim Martin Karter- 57 yaşında ölüb. Pataloji müayinədə onun ölüm səbəbi Aorta anevrizması göstərildi. Mənsə ona mis çatışmazlığı diaqnozu qoyardım.

- Məşhur həkim Detroyt Elen – 44 yaşında anevrizmadan öldü. İdmanı sevirdi. Patoloji müayinədə simtpomlar paralici göstərirdi. Onda da mis çatışmırdı.

- Sağlamlıq, qida haqqında kitabların müəllifi Styüard Burker – 40 yaşında ölüb. Ölüm səbəbi kardioanemiya. Ya da selenium defisiti.

Çox fermerlər veterinar magazasından yemə qatmaq üçün selenium tabletləri alır. Amma 5 kitab yazan gənc adam qidalanmasında nəyin əskik olduğunu bilmir. Əmin olun, o kardioanemiyasının qarşısını çox ucuz qiymətə ala bilərdi. Selenium qəbul etməklə...

- Sent-Luisin baş kardioloqu Qeyl Klark – 47 yaşında kardiomiopatik tutmadan öldü. Həyatın ironiyasıdır? Xeyr, çox kardioloqlar ürək tutmasından ölür.

- Hörmət etdiyim həkimlər də var. 38 yaşlı ailə həkimi Stüard Katred. Anevrizma problemləri ilə məşğul olur. Anevrizma iri arteriyanın divarının zəifləyib şişib, sonda partlaması, yırtılmasıdır. 1957-ci ildə biz bildik ki, anevrizmanın səbəbi orqanizmdə mis çatışmazlığıdır.

HƏYATIN ZİDDİYYƏTİ

Yəqin ki, kənddə yaşayanlar görüb, süd sağılan inəklər iri daşları, qaya parçalarını yalayır, taxta, sümük yeyir, qidaya yararlı olmayan əşyaları gəmirir. Yaxşı fermer dərhal problemi həll edib, inəyə lazımi mineralları verir.

İş orasındadır ki, inək süd verdikcə çoxlu kalsium itirir. Onun yerini isə doldurmaq lazımdır. Bu fenomen hamilə qadınlarda da baş verir. Bətnində böyüyən döl qadının orqanizmindən mineralları çəkib sovurur. Qadın başını itirir, gah daş yeyir, gah dondurma istəyir, gah gecənin yarı duzlu xiyar.

Biz 200.000 hind quşu üzərində təcrübə apardıq. Onlara xüsusi qida seçilmişdi. 13 həftə sonra hind quşlarının yarısı anevrizmadan öldü. Quşları yarıb diaqnozu qoyduq. Ondan sonra fermerlərə hind quşlarına ikiqat dozada mis elementi ilə zəngin qida verilməsini tövsiyyə etdik. Bu üsulla yarım milyon quş yetişdirildi, biri də anevrizmadan ölmədi.

Bu təcrübə itlər, pişiklər, siçanlar, donuzlar üzərində də aparılıb. Nəticə, səbəb eyni.


Mis çatışmamazlığı vaxtından əvvəl qocalma və saçların ağarmasına da səbəb olur.

Bədən, üz dərisi toxuması elastikliyini itirir, gözaltında qaralar, torbalar yaranır, üz çökür.

Damarların varikoz genişlənməsi də mis çatışmazlığına görədir. İnanın, bu defisiti aradan qaldırmaq çox ucuzdur, yetər ki, kolloid minerallar qəbul edəsiz.

Əllərinizə, ayaqlarınıza, üzünüzə baxın, əgər çəhrayı ləkələr, qızartılar varsa, sizdə selenium çatışmır. Defisit varsa 6 ay kolloid selenium qəbul etməyə başlayın. Əgər dəridəki ləkə itsə, deməli daxili orqanlardakı o problem də düzəlib. Axı üzdə nə varsa, səbəbi orqanlardadır.

Bəs bütün günü şirniyyata, konfetə cuman insanları görmüsüz? O deməkdir ki, qanda şəkər azdır. Sevinəcəksiz, nə yaxşı azdır. Amma yox bu diabet önü əlamət ola bilər. Orqanizmdə xrom və vanadium çatışmır. Vaxtında bu mineralları qəbul etməsəz, diabet qaçılmazdır.

Bəs Bor haqqında eşitmisiz?

Qadınlar onu yaxşı tanımalıdır. Sümüklərdə kalsiumun normada qalmasını təmin edir və qadını osteoporozdan qoruyur. Bor estrogen hormonu sintezi üçün də vacibdir. Əgər Bor turşusu az olsa, qadınlar menopauza dövründə çox əziyyət çəkəcək. Kişilərdə isə bor çatışmazlığı erkən impotensiyaya səbəbdir.

Möhtərəm SİNK

Sink çatışmazlığının birinci əlaməti insanda hiss üzvlərinin hissiyatının azalmasıdır. İnsan heç nədən zövq almır, ağız dadı qaçır, dadlı yemək yesə də zövq vermir.

Laboratoriya təcrübələri göstərir ki, insan üçün həyati vacib 7 mineraldır ki, onun da biri SİNK-dir. Bunu isə biz bitkilərdən ala bilərik. Ona görə gün ərzində 15-20 adda bitki komponenti qəbul etməliyik. Edirikmi? Yox.

Bizim üçün bitki kartofdur, pomidordur, az-maz göyərtidir, almadır. Siz bazara,marketə girib, gündəlik olaraq orda satılan meyvə, tərəvəz, bitki nə varsa, onlardan bir zənbil yığmalı, istər çiy, istər bişirilmiş halda onunla qidalanmalısız. Gözünüzə dəyən nə varsa... Əgər ölkəniz bitki ilə zəngindirsə, lap yaxşı.

Amma burda da problem var, daha doğrusu faciə. ABŞ senatının rəsmi sənədinə baxdıqda görürük ki, müasir kənd təsərrüfatında əkilən istənilən bitki, tərəvəz kökləri tamamilə mineralsızdır. Yəni istənilən məhsul mineral defisitlidir.

Heç kim sahibkarı, fermeri məcbur edə bilməz ki, torpağını və əkdiyinin kökünü minerallaşdırsın, gübrəsini yaxşı və bol etsin. Çünki bu qiymətə və məhsuldarlığa təsir etmir. Bu qidaları yeyən insanlar isə bitkilərdən alacağı mineralları almadığından xəstələnirlər. Bəs süni olaraq mineralsızlaşmış bitkilərdən də fayda olmayacaqsa, nə etməli?
Çıxış yolu əlavə vitamin və minerallar qəbul etməkdir. Bizim artıq kökümüz mineralsızdır. Bu isə insanın tezliklə cansız tərəvəzdən də "ölü” olacağını göstərir.