Mən az yeyirəm, amma kökəlirəm, sağlam qidalar seçirəm, amma arıqamıram deyənlər, insanı sürətlə şişirdən qidaları tanımalısız.
“Medicina” xəbər verir ki, nutrisoloq, endokrinoloq Darya Qubareva kökəldən qidalardan danışıb.
“Kökəldən qidaları 2 qrupa bölmək olar:
1. Sağlam qidalanmaya daxildir, dietalarda var, amma yüksək enerji dəyəri var.
Bunlar: çərəzlər, fındıqlar, tumlar, bitki yağları – balqabaq, günəbaxan, zeytun, avokado belə.
Bunlar faydalı yağlarla zəngindir, eyni zamanda kalorilidir. Ona görə onları çox məhdud sayda yemək lazımdır.
Yəni gündə 3 qaşıqdan artıq yağ və ya 5 qoz, 1 avokadodan artıq olmaz.
2-ci qrup qidalar: yüksək emal olunmuş, hazır qidalardır ki, tərkibində duz, şəkər, doymuş yağlar və əlavələr var.
Bunlar bütün hazır şirniyyat, içkilər, konfet çörək, kartof, fast-fud kolbasa, qızarmış ət və s.
Bu qidalar rasionumuzda çoxdur, orqanizmə vacib vitaminləri vermir, lif, zülal yoxdur, sadəcə qanda şəkəri artırır və uşaqdan böyüyə piylənməyə səbəb olur.
Bu qidaları həftədə 1 dəfə, çox az miqdarda yemək olar.
Kökəlmək istəməyənlər yeməyi buğlama, buxarda və ya sobada yağsız hazırlasın”.
Aygün Musayeva