Normal qidalanır, fiziki aktivsiz, amma bədəniniz günbəgün şişirsə, bu hormonal problemdən ola bilər.
“Medicina” xəbər verir ki, heç bir pəhrizə və idmana baxmayaraq, mədə kəskin şəkildə şişirsə, üzdə və bədəndə şişkinlik yaranırsa, bu zaman endokrinoloji problemlər yoxlanılmalıdır.
Həkim – terapevt Alekse Jitonun sözlərinə görə, artıq çəkidən azad olmaq üçün mümkün qədər tərəvəz, mürəkkəb karbohidratlar yeməyə, şirniyyatları meyvələrlə əvəz eləməyə və çoxlu su içməyə çalışırlar. Bununla yanaşı idman, hovuz, rəqs, daha çox gəzintiyə başlayırlar.
Ancaq hormonal balansınız pozulursa, o zaman bütün səylər boşa çıxacaq.
Belə hormonal pozuntular zamanı kortizolun artması simptomları ortaya çıxır:
• yağ kütləsinin düzgün bölüşdürülməməsi - mədə böyük olur və ayaqlar nazik qalır;
• sürətli çəki artımı - qısa müddətdə 20-30 kq-a qədər çəki qazana bilərsiniz;
• şiddətli şişkinlik - üz nəzərəçarpacaq dərəcədə yuvarlaqlaşır, gözlər altındakı dəri şişir.
Kökləri idarə edən hormon kortizol adlanır. Əsəbi, yorğun, qəzəbli olduğumuz zaman bədəndə kartizol yüksəlir. Qan analizi zamanı kortizolun yüksəldiyi ortaya çıxarsa bu zaman həkim xəstə üçün fərdi müalicə tərtib edir. Bu zaman pəhrizi dayandırmaq lazım olacaq.
Kortizolun normallaşması üçün bir çox insan vitamin D və B vitaminləri qəbul etməlidir.
Aygün Musayeva