Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanı qaşındıran qaraciyər pozğunluğu - XOLESTAZ

  • 2018.04.16 17:58
  • 43696 Baxış
İnsanı qaşındıran qaraciyər pozğunluğu -  XOLESTAZ
Xolestaz – öd sekreyası çatışmazlığından yaranır. Qaraciyər tərəfindən öd hazırlanması pozulur və ya onun öd yollarına axınında maneə yaranır. Bu kimi maneələr qaraciyərlə nazik bağırsaq arasında da ola bilər. 


Xolestazda ödün bağırsağa daxil olmaması fonunda bağırsaqda bilirubin sintezi davam edir və bilirubin birbaşa qan dövranı sisteminə keçir. 

Yaranma səbəbləri: bu xəstəliyin 2 növü var: qaraciyər daxili və xarici. Qaraciyər daxili xolestazın səbəbi alkoqol, dərman preparatları, hepatit, endokrin səbəblər, metobolik pozuntular, hamiləlikdə hormonal dəyişikliklər olar bilər. 


Qaraciyər xarici səbəb öd yollarının daralması, qatı öd durğunluğu, mədə altı və öd kisəsinin bədxassəli şişi, polipi və pankreatit ola bilər. 


Əlamətləri:

Əsas kliniki əlaməti saralma, sidiyin rənginin çox tündləşməsi, rəngsiz nəcis, bədəndə, qarında ağrılı qaşınmadır. İştahanın azalması, ürəkbulanma, qusma da verə bilər. 


Xroniki xolestazda dəri səthinin saralması, piylənmə, diz, dirsəklərdə tuberoz örtük yaranır.


Diaqnostikası üçün: Qanın biokimyəvi analizi, ERXQ, qaraciyərdən biopsiya, MRT olunur


Müalicəsi 

Yalnız cərrahi yolladır. Çünki xolestazla zarafat etmək olmaz, həyati təhlükə yaradır. Hazırda açıq yox, endoskopik də əməliyyatlar olunur. 

Müalicə zamanı xarici qaşınmanı azaltmaq üçün xolestiramin tətbiq olunur. Qaraciyər hüceyrələrini müdafiə edici və öd yollarının keçiriciliyini açan preparatlar təyin edilir. Vitamin D və kalsium da mütləqdir.