Azərbaycan əhalisinin çox hissəsi 40 yaşından sonra ateroskleroz – damar tıxanıqlığı, qan dövranı pozğunluğundan əziyyət çəkir. İnsanlar çox dərdi üçün həkimə gedir, amma damarlarını yoxlatmaq yadlarına düşmür.
Medicina.az xəbər verur ki, daha çox kişi cinsini əhatə edən aterosklerozun əsas səbəbləri: qeyri-sağlam qidalanma, yağlı qidalar, siqaret, oturaq həyat tərzi – daha çox sürücüləri yaxalayır, artıq çəki, arteriay təzyiq, stress və genetik amillərdir.
Aterosklerozun ilkin əlamətləri artıq 30 yaşından özünü göstərməyə başlayır.
Qarşısını almaq yolları
Bunun üçün müntəzəm olaraq qanın laxtalanması, qanda xolesterin, lipod protein analizi aparılmalıdır. Çox miqdarda ət, yağ, süd məhsulları yeyən insanlarda doymuş yağlar çox olur.
Qarşısını almaq üçün daima hərəkət, gündə müəyənə kilometr piyada getmək, su içmək, həmçinin düzgün qidalanma rejimi seçmək lazımdır.
Aterosklerozu olanlar üçün 2 mərhələli xüsusi dietalar hazırlanıb. Bu menyudakı ərzaqları hər gün qəbul etmək riski azaldır.
Pəhriz -1
Qərb ölkələrində bütün həkimlərin təyin etdiyi dietadır. Menyudan kəskin və qəfil olaraq yumurta sarısı, qaraciyər, sala, kərə yağı, pendir, xama, yağlı ət çıxarılır. Süd yalnız 1% yağlılıqda icazə verilir.
Yeməklər yalnız zeytun yağında hazırlanır.
Toyuq, hidn quşu əti dərisiz, yağsız mal əti, yağsız quzu əti hissələri yeyilə bilər.
Bütün növ balıqları yemək mümkündür.
Rasionda hər gün kartof, badımcan, buxarda və ya suda bişirilmiş tərəvəzlər, paxlalılar, mərci, noxud, lobya olmalıdır.
Pəhriz -2
Daha çətindir, ağırdır. Ateroskleroz xəstələrinə təyin edilir.
Yağlar, ət, yumurta, süd tamamilə qidadan çıxarılır.
Yağsız pendir, kəsmik, paxlalılar, yarmalar, balıq, toyuq yeyilir.
Bu pəhrizlər qanda lipidi aşağı salan ağır dərmanlardan daha zərərsizdir.
Biyan kökü bitkisi, sürvə, valerian, pustırnik, yapon saforası kimi dərman bitkiləri və cövhərlər də ateroskleroz üçün uyğundur.
Diaqnoz
Ateroskleroz gizli və uzun müddətə simptomsuz inkişaf edir. Lakin müasir müayinə metodları xəstəliyi erkən mərhələdə təyin edir. Bunun üçün arteriyaların dopleroqrafiyasından keçmək lazımdır. Bu metodla damarların tıxanıqlığı, tromblar, qan dövranı pozulmaları aşkarlanır.
Ürək damarlarının vəziyyətini öyrənmək üçün koronoqrafiya – xüsusi rentgendən istifadə olunur.
Müalicəsi
Ən effektiv metod cərrahi müdaxilədir. Az travmatik üsul ballon angioplastikasıdır. Damarların daxili ballonla genişləndirilməsi.
Eləcə də çoxsaylı dərman müalicə preparatları var.
Bu sahədə Bioloji Təbabət klinikasının həkimləri Almaniya və İsveçrəli həkim həmkarlarının təcrübəsindən, onların tətbiq etdiyi müalicə üsullarından yararlanaraq, aterosklerozun müalicəsində uğurlar əldə ediblər.
Bioloji Tənzimləyici Təbabət üsulları ilə aparılan müalicələrin sonunda damarların divarındakı aterosklerotik düyünlər getdikcə kiçilərək sorulur, damar divarı yenilənir, daralmalar tədricən aradan qalxır. Nəticədə yenidən stent qoyulmasına ehtiyac olmur, miokard infarktı və beyin insultu riskini azalır.
Aterosklerozun aradan qaldırılmasına metabolik, immunoloji pozulmaların tənzimlənməsi, mikrosirkulyasiya və qanın reoloji xüsusiyyətlərinin yaxşılaşdırlması, sistemli iltihabın aradan qaldırılması ilə nail olunur.
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
Ünvan: Bakı ş, 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında