Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanı eybəcərləşdirən qidalar – AÇIQLANDI

  • 2024.03.11 18:41
  • 871 Baxış
İnsanı eybəcərləşdirən qidalar  – AÇIQLANDI


Fransalı alimlər bəzi növ qidaların insanın simasını xoşagəlməz hala salmasını sübut edib.



“Medicina” xəbər verir ki, söhbət rafinə edilmiş karbohidrat qidalardan gedir.
Plos One elmi dərgisində çap olunan elmi işdə 104 qadın və kişi seçilib.


İştirakçılar hər gün təsadüfi olaraq 2 növ səhər yeməyindən birini seçib. Biri rafinə olunmuş, emal edilmiş qidalarla zəngin, digəri daha təbii idi.

Səhər yeməyindən sonrakı 2 saatda könüllülərin şəkilləri çəkilib.

Bu şəkilləriayrı bir qrup dəyərləndirib və kimin zahirən daha cəlbedici olması seçilib.

Belə ki, səhər yüksək qlikemik indeksli qidalar yeyən iştiraçılar daha az yaraşıqlı və az cəlbedici görünüb nəinki sağlam qidalar yeyənlər.

Bu effekt hər iki cinsə aid olub. Alimlər bu təsirin səbəbini hipoqlikemiyanın fizioloji səbəbləri, dərinin rənginin dəyişməsi və qan dövranın pozulmasında görür.

Xroniki şəkildə rafinə olunmuş karbohidratları yemək qlikemik yüklənməni artırır, insanı yorğun göstərir.

Hər gün sadə karbohidratları səhər və günorta yeyən, fasilələrdə atışdırmalıq qəbul edənlərdə cazibədarlıq düşür.

Hiperinsulinemiya hətta cinsi hormonların səviyyəsinə təsir edir.


Aygün Musayeva