Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İnsanı daxildən göbələklər, parazitlər yeyib bitirir" - Həkim laborantdan DƏHŞƏT

  • 2021.04.19 17:36
  • 3723 Baxış
"İnsanı daxildən göbələklər, parazitlər yeyib bitirir" -  Həkim laborantdan DƏHŞƏT
“İnsanların axırına göbələklər çıxır. Bizi göbələklər yeyir”

Bu dəhşətli açıqlamanı rusiyalı həkim laborant edib. O, 25 ildir ki, mikroskop altında analiz və yaxmalara baxıb, minlərlə xəstədə xəstəliyin, infeksiyanın törədicisini analizlərlə təyin edib. Məhz bu təcrübə bunu deməyə əsas verib ki, insanı məhv edən daxildəki göbələklərdir.

Medicina.az həmin həkimin dəhşət saçan qeydlərini təqdim edir:

“Hər şey 1980-ci ildə baş vermiş bir hadisədən başladı. Bizim laboratoriyaya cavan oğlanın analizlərini göndərdilər, onda qəribə xəstəlik var idi, həkimlər səbəbini tapa bilmirdilər.

Xəstənin zaman-zaman qızdırması 38-dərəcəyə qalxırdı, amma bununla belə ciddi xəstəliyi aşkarlanmırdı.
Müalicə həkimi malyariyadan şübhələndi və düz 1 ay onun qanında malyariya axtardıq.
Xəstə isə çox pisəm, öləcəyəm desə də, heç kim ona inanmırdı.

Xəstənin vəziyyəti ağırlaşanda onun ürək əzələsində endokardit – ciddi infeksion zədələnmə aşkarladılar. Əvvəldən buna şübhə olmamışdı. Xəstəni xilas etmək mümkün olmadı.

Lakin həkim laborant Kozmina onun qanını tullamadı və bu qəribə olayın sirrini açmaq üçün yenidən, dəfələrlə mikroskop altında baxdı, araşdırdı və bir gün orda çox kiçik, mikroskopda belə güclə görünən nüvəli mikroorqanizmlər aşkarladı.

2 ay bunun nə olduğunu tapmaq üçün kliniki laboratoriyalara sorğu göndərildi, bakteriologiya atlasına baxıldı, heç kim heç nə tapmadı. Nəhayət Şroytun kitabında bu mikroorqanizmin fotosu və təsnifatı tapıldı. Bu, möhkəm hüceyrə qatı olmayan nazik membrandan ibarət mikoplazma idi. Bu mikoplazma sürətlə şəkil dəyişərək, gah şara bənzər, gəh da soxulcan kimi uzanaraq, insan hüceyrəsinə daxil ola bilir. Buna heç bir bakteriya və viruslar qadir deyillər.


Şroytun kitabında ürək endokarditini yaradan digər kiçik səbəbkar da açıqlanıb: xlamidiya. Alimlərin bir qismi onu virus, digərləri göbələk adlandırır. Bu çox kiçik mikroorqanizm sərbəst olaraq istənilən orqanın hüceyrəsinə keçə bilir və onu içəridən yeyir. Simptomlarına görə onları ayırd etmək olmur.

Bundan sonra Kozmina hansısa xəstənin qanında mikroskop altında bu mikroorqanizmi tapır, dərhal ya mikoplazma, ya da xlamidiyadan şübhələnərək, həkimləri xəbərdar edir və müvafiq müalicə aparılır”.


Bir dəfə də hamilə qadını günlərdir bitməyən titrətmə ilə xəstəxanaya gətirdilər. Həkimlər səbəbini tapa bilmirdilər. O zaman həmin laborant o qadının qanında da yumru və oval mikoplazmaya bənzər nəsə tapmışdı. Sonradan mərkəzi mikbiologiya laboratoriyasında onun trixomonad olduğunu dedilər.

Həqiqətən bu mikroorqanizmlər müxtəlif formalar alır və dianozdan yayınır. Klassik mikrobioloqların birinin kitabında yazılmışdı ki, trixomonadlar kiflərlə çoxalır. Axı kif ancaq göbələklərdə olur. Trixomonada isə qurddur. Amma həqiqətən də mikroorqanizmdən çıxan nazik sap kimi görüntülər var idi.

Əvvəlcə laborant gözlərinə inanmır: bəlkə bu pambıqdan qalıb, ya xəstənin geyimindən keçib. Ya da toz? Lakin sonradan araşdırma göstərib ki,bu saplar birhüceyrəli parazitlərdir. Deməli, trixomonadlar və mikoplazmalar eyni mexanizmlə işləyir və bunun üçün gəbələk mühiti yaranır.



Rəsmi tibb yalnız urogenital, yəni cinsiyyət orqanlarında trixomonadı qəbul edir. Lakin Lidiya Vasilyevna onu süd vəzilərində, başqa orqanlarda, qanda belə aşkarlamışdı.

Burdan belə aydın olur ki, trixomonada göbələk kimi çoxalır, kiflərlə yayılır və urogenital nahiyədən başqa, bütün orqanizm boyu “səyahətə çıxır”.

Kozmina daha bir fakta diqqət çəkir: çox zaman yaşlı qadınların qanında xlamidiy və ureaplazma aşkarlanır. Onların cinsi yolla yoluxması mümkün deyildi, çünki intim həyatı illərdir yoxdur. Bəs bu veneretik xəstəlik bu yaşlıları hardan tapdı?

O zaman bu yaşlı qadınların daha gənclik illərinin xəstəlik və analiz tarixçəsini araşdırmaq lazım gəldi. Sənədlər göstərdi ki, onların analizlərində trixomonad aşkarlanıb.

Elə hesab edilirdi ki, onlarda müalicədən, dərmandan sonra bu parazitlər çoxdan ölüb. Amma indi analizlər göstərir ki,yox, heç nə ölməyib, bu parazitlər diridir, sadəcə formasını və taktikasını dəyişərək orqanizmin dərinliklərində gizləniblər.


Bəzi araşdırmalardan sonra bu qənaətə gəlindi ki, insanı gənc yaşda da, yaşlı vaxtda da xəstələndirən, tapılmayan diaqnozlarla üz-üzə qoyan, daxildən yeyən göbələklərdir. Bunlardan ən “vəhşisi” isə mikoplazma və trixomonaddır.