Quduzluq nədir? İnsan heç bir heyvan hücumu olmadan quduzlaşa bilərmi? Quduz olduğunu necə bilməli?
Tibdə quduzluq insanın rabvirusla yoluxmasıdır. Bu daha çox itlərdən insana keçir.
Medicina.az xəbər verir ki, rusiyalı həkim Aleksandr Myasnikov quduzluqdan yeganə qorunma yolunun quduzluq əleyhinə vaksinin vurulmasıdır.
“99% hallarda yoluxma ev və ya küçə itlərindən olur, amma bəzən pişiklər də daşıyıcı olur. Ona görə ev heyvanları vaksin olunmalı, küçə və məhlədəki itləri isə dövlət vaksinləşdirməlidir.
Meşədə, çöldə vəhşi heyvanları sığallamaq, ələ götürmək, yedizdirmək olmaz.
Yoluxduqdan sonra xəstəliyin özünü göstərməsi 1 həftə çəkir.
İnsanda quduzluğun- rabvirusun əlamətləri:
- Bədəndə ağrı, sızıltı
- Titrəmə
- Hərarət, 38-39 dərəcə
- Dişlək, sıyrıntı yerinin qızarması
- Yuxusuzluq
- İştahsızlıq
- Tənəffüsdə çətinlik
- Təşviş
Xəstəlik sinir sistemini sıradan çıxarır və ürəyin dayanmasına səbəb olur.
Əgər insanı ev və ya çöl heyvanı dişləyibsə, 2 sutka ərzində vaksin vurulmalıdır. İynələrdən biri vaksin, digəri immunoqlobulin olacaq. Bu işi yubatmaq olmaz”.