Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanda mədəaltı vəz xərçəngi ola biləcəyinin – 12 əlaməti

  • 2024.01.09 18:45
  • 1222 Baxış
İnsanda mədəaltı vəz xərçəngi ola biləcəyinin  – 12 əlaməti

Bayramlarda, məclislərdə qaraciyər və mədəaltı vəzə qida ilə yüklənmə onun iltihabını artırır və nəticədə xərçəng faktorlarını yüksəldir.


“Medicina” xəbər verir ki, Canser Research təşkilatı kimlərin mədəaltı vəz xərçəngi riski daşıdığını açıqlayıb.

Siqaret, tütün, saqqız nikotin, qəlyan çəkənlər, çox içki içənlər, diabet və piylənmə diaqnozu olanlar risk altındadır.


Eləcə də bu xəstələrdə mədəaltı vəz iltihablana bilər:

- Pankreatit
- Mədənin xora, qastrit xəstəliyi
- Helikobakterisi olanlar
- Hepatit xəstələri
- Dİş və damaq iltihabı olanlar

Mədəaltı vəz xərçənginin əlamətləri

- Qarında və mədə hissədə daimi ağrı
- Kürəyə vuran ağrı
- Səbəbsiz arıqlama
- Həzm pozuntusu
- Sidikdə tündləşmə

- Dəridə qaşınma
- Saralma
- İnsulin yetməzliyi

- Yorğunluq
- Venalarda tromb
- Az yedikdən sonra dolma hissi

Mədəaltı vəzini təkcə USM yox, analizlərini də yoxlatmaq lazımdır.

Aygün Musayeva