Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsana güc, enerji verən HİLBA - 10 dərdin dərmanı

  • 2022.03.12 17:52
  • 8006 Baxış
İnsana güc, enerji verən HİLBA   - 10 dərdin dərmanı


Hilba güldəfnə, fenuqrek, çəmənotu kimi müxtəlif adlarla məşhur olan bitkidir. O, qadın cinsi hormonlarının istehsalını artırır, bununla da qadınlarda hormon pozulmasına bağlı xəstəliklərin, sonsuzluq, aybaşı pozulmaları, menopauzanın tez başlaması və s. kimi problemlərin öhdəsindən təkbaşına gələ bilir.

Hilba çox qüvvətli bir tərkibə malikdir. İstər qadın, istərsə də kişilər istifadə etdikdə özlərini çox güclü, enerjili hiss edirlər. Hilbadan daimi istifadə zamanı qadınların süd vəzilərində böyümə baş verir.

Medicina.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov süd vəzilərinin böyüməsini istəyən qadınlar üçün resept paylaşıb:

– 100 qram hilba 1 gün suda saxlanılır, sonra bir qaba qoyulur və üzərinə sulu tənzif sərilib daha 1 gün saxlanılır, 1 gündən sonra cücərmiş olan toxumlar əzilir, 1-2 xörək qaşığı zeytun yağı əlavə olunduqdan sonra məcun halına gətirilir və gün ərzində yeyilir. Bu qarışımı 2 ay qəbul edə bilərsiniz (və ya cücərmiş hilbanı salatlara, qatığa, yediyiniz sulu yeməklərə, smetana qarışdırıb yeyə bilərsiniz.)

Hilba, həmçinin qanda şəkərin səviyyəsini azaldır: "Çox güclü bir südartırıcıdır, mən onun qədər güclü təsir edən ikinci bir südartırıcı tanımıram".

– 2-3 xörək qaşığı hilba 200 qram suda 15 dəqiqə yavaş-yavaş qaynadılır və nəticədə kisel kimi məhlul əldə olunur, gündə 2 dəfə səpgilər, ekzemalar, diatezlər, bir sözlə dəri problemləri zamanı zədənmiş nahiyələrə çəkib masaj edilir.

Hilba ürək-qan-damar sisteminə də yaxşı təsir edir, xolesterini salır, infarkt riskini azaldır.


300 qram güldəfnə suda qaynadılır, ət maşınından keçirilir, dalaq böyüməsində dalağın üstünə qoyulub bağlanılır.

"Bunu axşam yatmazdan əvvəl edib səhərə qədər gözləməyinizi və səhər açmağınızı tövsiyə edirəm. Bu müalicəni dalaq normallaşana qədər edə bilərsiniz", - deyə F.Hüseynov bildirib.

150 qram hilba üyüdülür, 500 qram bal ilə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir. 2 xörək qaşığı hilba 3 stəkan suda 5 dəqiqə qaynadılıb termosa tökülür, gün ərzində 3 dəfəyə yeməkdən əvvəl 1 stəkan içilir, axırda da dənələri yeyilir.

Həkim hilbanın cücərmiş formasından istifadəni ən faydalı üsul hesab edir.