Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan yaddaşını gücləndirən çip hazırlandı - Bir çox xəstəliklərdə effektli olacaq

  • 2018.05.31 14:50
  • 10446 Baxış
İnsan yaddaşını gücləndirən çip hazırlandı -  Bir çox xəstəliklərdə effektli olacaq
Yaddaşı möhkəmləndirən çip adlandırılan alət insan beyninə uğurla implantasiya edilib.

 

Medicina.az xəbər verir ki, bu proses Cənubi Kaliforniya Universitetinin alimləri tərəfindən həyata keçirilib.


Yeni tədqiqat zamanı alimlər tərəfindən layihələşdirilmiş xüsusi çip informasiyanın yadda saxlanması zamanı yaranan insan beyninin impulslarını "ələ keçirir”. Bundan sonra çip həmin impulsları gücləndirir, faktiki olaraq beyni təkrara məcbur etməklə yaddaşın işini yaxşılaşdırmağa kömək edir.


Alimlər çipin hazırda geniş yayılmış alsqeymer, demensiya və digər xəstəliklər üzərində tamamilə qalib gəlməyə imkan verəcəyini düşünürlər.