Hər gün yediyiniz bəzi qidalar yaddaşınıza da müsbət təsir göstərir.
Bəs sözügedən həmin yeyəcəklər hansılardır?
Medicina.az yaddaşınızı gücləndirəcək və hər evdə olan faydalı qidaların adlarını təqdim edir:
Sarıkök - yüksəlmiş enerji səviyyəsi, sakitçilik və stress səviyəsinə təsir edir. Sarıkökü təzə-tər istifadə etmək lazımdır. Sarıkökü qara istiot ilə qarışdırıb qəbul etmək qana müsbət təsir edir.
Nanə - təkcə qoxusu beyin funksiyasına və zehinə müsbət təsir edir. Evinizdə təzə və quru nanə yarpaqları asa bilərsiniz. Bu da sizin daha yaxşı olmağınıza kömək edəcək.
Lobya - yaz-yay mövsümünün ən sevimli qidalarındandır. Kifayət qədər lobya qəbul etmək yaşlandıqca ortaya çıxan əqli geriləmənin qarşısını alır.