"Coca cola” şirkət Yaponiyada limon ətirli ilk alkoqollu içkisini satışa çıxarıb.
Medicina.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Yeni içkinin tərkibində olan spirt Yaponiyada istehsal olunub. Spirtin və kolanın zərərini nəzərə alsaq yeni içkidə insan vücudunu hansı təhlükələrin gözlədiyi məlum deyil.
Şirkət Asiya ölkəsində gənclər, xüsusilə qadınlar arasında spirtli içkilərə meylin artdığını nəzərə alaraq, 125 illik tarixində ilk dəfə olaraq 3%-8% alkoqollu üç çeşid içki hazırlayıb.