Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan ürəyi dadları da hiss edirmiş – Alimlər

  • 2025.02.21 14:53
  • 246 Baxış
İnsan ürəyi dadları da hiss edirmiş  – Alimlər



Alimlər kəşf ediblər ki, insan ürəyi şirin dadı hiss edir.


“Medicina” xəbər verir ki, Çikaqo Universitetinin mütəxəssisləri siçanların və insan ürəyinin hüceyrələrin səthində şirin dad reseptorlarının olması sayəsində dadlara reaksiya verdiyini aşkar ediblər.


Ənənəvi olaraq, dad reseptorlarının dildə olduğunu bilirik, lakin son araşdırmalar belə reseptorların bədənin digər hissələrində fərqli funksiyaları yerinə yetirdiyini göstərdi. Alimlər ilk dəfə ürək əzələ hüceyrələrinin səthində TAS1R2 və TAS1R3 kimi tanınan şirin dad reseptorlarını müəyyən ediblər.


Tədqiqatçılar şirin dad sayəsində ürək miokardın normal fəaliyyəti üçün vacib olan kalsium mübadiləsinin sürətlənməsini müşahidə ediblər.

Alimlər bildiriblər ki, reaksiya əvvəllər sinir sistemi ilə əlaqəli olan yeməkdən sonra ürək döyüntüsü və qan təzyiqinin artması ilə izah edilə bilər. İndi belə hesab olunur ki, yeməkdən sonra qanda şəkərin kəskin artması ürəkdəki şirin dad reseptorlarına birbaşa təsir edir, onun ritmini dəyişir.

Qeyd edilir ki, bu reseptorlar ürək çatışmazlığı olan xəstələrdə aşkar edilib ki, bu da şirin dad reseptorları ilə xəstəliyin inkişafı arasında əlaqə olduğunu göstərə bilər.


Yoder həmçinin qeyd edib ki, ürək çatışmazlığı ürəkdə enerji mübadiləsində dəyişikliklərə səbəb olur ki, bu da qlükozanı daha yaxşı mənimsəmək üçün reseptorların uyğunlaşmasını tələb edə bilər. Yeni kəşf süni şirinləşdirilmiş içkilərin qəbulunun niyə aritmiyaların inkişafı ilə əlaqəli olduğunu dolayısı ilə izah edir.


Aygün Musayeva