Sərxoş olan zaman hətta ən ciddi kişi belə gülməli, əyləncəli olur, bəzən isə əksinə sərxoşluq ən şux insanı belə ağladır. İçki hər beyində fərqli məqamları oyadır.
«Medicina» xəbər verir ki, bunun səbəbi sərxoşluq halında insanın alt şüurunun oyanması və buna bağlı əsl kimliyinin üzə çıxmasıdır.
Sərxoş olan insanın özünü aparmasına baxıb, nələr yaşadığını təxmin etmək olar. Ümumiyyətlə, özündən küskün insanlar daha çox özünə qapanır, özü ilə bağlı ciddi travmaları problemleri olan insanlar sərxoş olanda ağlıyırlar. Özünə qarşı aqressiyası olan insanlar isə dava salırlar.
Özüynən barışıq olan insanlar isə yeyib içdikdən sonra sərxoşluq halında əylənir, gülür və daxilən rahat olurlar.
Günay Quluzadə