İnsan bağırsağında bir çoxu əvvəllər məlum olmayan 140 mindən çox virus aşkar edilib.
Medicina.az -ın məlumatına görə, “Science Alert” alimlərin yeni virus kataloqu tərtib etdiklərini xəbər verir.
Bunun 28 mindən çox metagenomun analizinin nəticələrinə əsasən əldə olunduğu bildirilir. Onlar bağırsaq mikrobiomunun sıralanması ilə əldə edilmiş DNT ardıcıllığı kolleksiyasıdır.
Bunun üçün 28 ölkədən olan insanlardan nümunələr götürülüb. Ümumilikdə 142 809 virus aşkar edilib.