Amerikada orqanizmdə iltihabi prosesləri azaldan, müalicəvi təsir edən faydalı balıq açıqlanıb.
Medicina.az xəbər verir ki, ABŞ elmi tədqiqat institutunun alimləri yağlı balıqda olan eykozapentaen və dokozaqeksan turşusu iltihabla mübarizə aparmağa kömək edir.
Belə ki, bədəndə iltihab zərərli qidalanma, fast-fud, şəkər və s. –dən yaranır. İltihab hətta damarlarda da olur.
Alimlər təyin edib ki, bu turşular və Omeqa -3lə ən zəngin balıq skumbriyadır.
Məhz bu balıq ideal şəkildə iltihabla mübarizə aparır, ürək-damarları möhkəmləndirir, xolesterini azaldır.