Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan ömrünün müddəti onun bağırsaqlarından asılıdır – Türk həkim

  • 2021.10.04 15:26
  • 3163 Baxış
İnsan ömrünün müddəti onun bağırsaqlarından asılıdır  – Türk həkim


Bağırsaqların mikroflora mühitinin vəziyyəti insanın ömrünün uzunluğu ilə birbaşa əlaqəlidir.

Medicina.az xəbər verir ki, bu barədə türk həkim Halit Erebakan məlumat verib.


Bağırsaqlar nəinki qidanı həzm edib, xaric etməklə məşğuldur, o həmçinin milyonlarla virus, mikrob, bakteriyanın yaşayış yeridir.

Eləcə də orda vitamin K sintezi edir. Bağırsaqlar immunitet, ürəyə, psixikaya təsir edir. Bağırsaq mühiti sağlam olmayanların xərçəng olma ehtimalı yüksəkdir.

Eləcə də bağırsaqları xəstə olanlara təyin edilən digər müalicəvi dərmanlar da zəif təsir edir.


Bağırsaq mikroflorasını daim analizlərlə yoxlamaq, antibiotik qəbulunu azaltmaq, zərərli qidalardan imtina etmək, efektiv pre və probiotiklər qəbul etmək lazımdır. Eləcə də çiy meyvə-tərəvəz, lifli qidalar, paxlalar, taxıllar yeyilməlidir. İnsan hər gün bir boşqab tərəvəz yeməlidir.