Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan ömrü uzadılacaq – 140 ilə çatacaq

  • 2023.04.14 14:56
  • 3244 Baxış
İnsan ömrü uzadılacaq  – 140 ilə çatacaq
Riyaziyyatçılar maksimum ömrün 140 il olacağını proqnozlaşdırıblar.
“Medicina” xəbər verir ki, bu fərziyyə statistik qanuna əsaslanır.


Corciya və Cənubi Florida universitetlərinin alimləri riyazi modeldən istifadə edərək hesablayıblar ki, insan ömrü maksimum 140 il olmalıdır. Yaxın gələcəkdə bu real olacaq.


Tədqiqatçılar öz fərziyyələrini Qomperzin statistik qanununa əsaslandırırr. Bu qanuna görə 50 yaşdan sonra ölüm riski hər 10 ildən bir iki dəfə artmağa başlayır.

Qomperzin Maksimal Yaşı insanların ölüm səviyyəsinə çatdığı ən gənc yaşdır. Artıq bu yaşa çatdıqdan sonra ölüm nisbətləri artmır.

İlk olaraq XIX əsrin ikinci yarısının əvvəllərində doğulmuş insan qrupunda baş verdi. Kişilərə nisbətən daha çox qadınların ölüm hallarına rast gəlinib.

İkinci hal 1910-1950-ci illər arasında doğulmuş insan qruplarında aşkarlanıb. Bu qrupa daxil insan ölüm halları hələ də arta bilər.

Riyazi hesablamalara görə, 1950 – ci ildən sonra doğulan insanlarda artım müşahidə olunur. Mövcud uzunömürlülük rekordları 2073 – cü ildən sonra qırılacaq və bəzi insanlar 140 il yaşayacaq.

Ekspertlərin fikrincə, burda yaşlıların sağlamlığını və rifahının, eləcə də siyasi, ekoloji və iqtisadi mühitdə sabitliyin qorunması faktoru əsas rol oynayacaq.

Günay Quluzadə