Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan ömrü 1000 il olacaq - Sensasion kəşf

  • 2020.03.05 12:07
  • 3391 Baxış
İnsan ömrü 1000 il olacaq  - Sensasion kəşf
İllərdir elm adamları tərəfindən araşdırılan, amma hələlik bir nəticə əldə edilməyən insanların yaşlanması məsələsi ilə əlaqədar yeni açıqlama verilib.

Bu sahədə araşdırmalar aparan ingilis alim Obti de Qrey 1000 yaşına qədər yaşayacaq insanın hazırda dünyada olduğunu iddia edib.

Qrey ötən 20 il ərzində insanlar arasında yaşlanmanın sürətini azaltmaq fəaliyyətlərində ciddi irəliləyişlərin əldə olunduğunu deyib.

Elm adamı yaşlanmanın dayandırılmasının böyük bir elmi inqilaba yol açacağını bildirib.

Mərkəzi ABŞ-ın Kaliforniya ştatında yerləşən SENS Araşdırmalar Mərkəzi 2009-cu ildə insanların qocalmasını araşdırmaq üçün qurulub. Qrey də burada insan bədənində molekulyar və hüceyrə itkilərinin aradan qaldırılması üçün elmi fəaliyyətlər həyata keçirir.

1000 yaşına qədər yaşayacaq ilk insan haqda suala elm adamının cavabı belə olub:

“Çox güman ki doğulub, amma hamımız bunun araşdırmaların ilkin mərhələsi olduğunu bilirik. Bu səbəbdən konkret vaxt vermək spekulasiya olardı. Bu mərhələdə qarışıqlığın qarşısını almaq üçün qlobal iqtisadiyyatı yenidən qurmaq lazımdır. Bu dəyişiklikdə siyasətçilərin üzərinə böyük yük düşür.

Elmin icazə verdiyi səviyyədə sürətli hərəkət etməyimiz üçün lazım olan mənbələrə ehtiyacımız var. Büdcəmiz bir az da artıq olsaydı, sürətimizi iki dəfə artıra bilərdik”. (Teleqraf.com)