Dünyaca məşhur epidemioloq Shanna Svan yeni kitabında inkişaf etmiş ölkələrdə sperma sayının getdikcə aşağı düşdüyünü qeyd edib.
Medicina.az xəbər verir ki, onun sözlərinə görə, təxminən 2045-ci ildə sperma sayı sıfıra çatacaq: “Gələcəkdə insanlar doğmaq, ana olmaq krizisi ilə qarşı-qarşıya qalacaq.
Araşdırmalara görə, qərbdəki sperma sayı 1973-2011-ci illər arasında 59 faiz azalıb. Bu vəziyyət insanın sağ qalmasına təhlükə yaratmadan daha uzun müddət davam edə bilməz. Hazırda insanlar daha çox kimyəvi məhsullara məruz qalır. Bu isə insanlarda bir sıra problemlərə səbəb olur”.